Icma.az
close
up
RU
“Onları özümə qohum sayıram” Şahbaz Xuduoğlu ilə SÖHBƏT

“Onları özümə qohum sayıram” Şahbaz Xuduoğlu ilə SÖHBƏT

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir.

Həmin gün ilk dəfə Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi anılmağa başlanıb. Amerikada yaranan bu bayram ənənəsi daha sonra Beynəlxalq Kitabsevərlər Günü adlandırılıb.

Kitab sehrdir. Hansı ədəbi janrı sevməsindən asılı olmayaraq kitabla görüş mütaliəni sevən bir kəs üçün yeni bir başlanğıcdır.

KONKRET.az kitabsevər, naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru, “Elmar Hüseynov Fondu”nun həmtəsisçisi Şahbaz Xuduoğlu ilə həmsöhbət olub.

Naşir kitab oxumağa uşaq yaşlarından başladığını deyib:

“Kitab oxumağa uşaq yaşlarımdan başlamışam. Məktəbə gedənə qədər oxumağı, yazmağı böyük qardaş və bacılarımdan öyrənmişəm. Kitaba sevgini də onların vasitəsilə mənimsəmişəm. Uzun qış gecələrində yaşlı insanların maraqlı söhbətlərini, həyat və müharibə hekayələrini dinləmişik. Bəzən bir nəfər kitab oxuyardı, hamımız oturub ona qulaq asardıq. Oxu təcrübəmiz də məhz bu formada yaranıb və inkişaf edib”.

Yazar bir il ərzində təxminən 80-120 kitab oxuduğunu vurğulayıb:

“Kitabların həcmləri müxtəlif olur. Ortalama isə onların həcmini 300 səhifə civarında götürmək olar. Çalışıram, günə azı 50 səhifə kitab oxuyum. Bu mənim normamdı və onu qorumağa çalışıram. Gündəlik normam əvvəl bu daha az, 10-15 səhifə idi. İndi isə 50 səhifədən daha yüksək nəticə göstərməyə çalışıram. Təxminən günə 70 səhifə oxumaq isə məqsədimdir. Bəzən günə 100 səhifə oxuduğum roman da olur. Elə kitablar var ki, onları sürətli oxu texnikası ilə oxuyuram, eləsi də var ki, sözlərin altından xətt çəkərək”.

O, ruhuna yaxın saydığı yazıçılardan da bəhs edib:

“Özümə qohum kimi hiss etdiyim yazıçılar var. Məsələn, bu yaxınlarda Abdulrazak Qurnanın “Dəniz kənarında” romanını oxudum. Nədənsə yazıçını özümə çox yaxın hiss etdim. Remark təbiət baxımından mənə çox yaxındır. Sammanruşki mənə görə, çox qara, əzazil adamdır, Corc Oriel təbiəti, insanlığı baxımdan mənə uyğundur. Onu həyatda haradasa görsəm, dərhal dost ola bilərik. Arundhati Royun “Yüksək xoşbəxtlik nazirliyi” kitabı var. O çox qiymətli yazıçıdır. Heyrətamiz dərəcədə doğma yazıçı təsiri bağışlayır. Bunlar romanlardır, bədii əsərlərdir. Stephen R.Coveyin “Yüksək effektli insanların 7 vərdişi” kitabı isə həmişə mütailə edilməlidir. Robert Qrinin “Ustalıq” əsərini isə diqqətlə oxumuşam. Bu çox mühüm kitabdır. Adam gərək belə kitabları daim oxusun. Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi” əsərini oxuyanda fikirləşdim ki,  Azərbaycan qadını bu əsəri hələ yeniyetmə vaxtında oxumalıdır. İnsan təzyiqlərə, təhqirlərə məruz qalıb, lakin onu sındırmaq cəhdləri alınmayıb.  O istəklərinə, arzularına davam edib”.

Ş.Xuduoğlu kitabı Karlsonun matoruna bənzədir:

“Kitab Karlsonun matoru kimidir. Sən oxuyursan, o sənə cərəyan verir, öz istək və arzularına doğru gedirsən. Kitab şarj aparatıdır. İnsanın düşüncəsini şarj edən aparat”.

“Kitab Şahbaz bəy üçün nədir?” sualına naşir belə cavab verdi:

“Kitab mənimçün nədir?” sualı geniş cavab tələb edən sualdır. Bütün günüm kitaba bağlıdır. Mənim həyatımın hər yerində kitab var. Adamlara da kitablara münasibətinə görə qiymət verirəm. Bizim ortaq müzakirə edə biləcəyimiz kitab varsa, bir yerdəyik, yoxdursa, birgə deyilik”.

Naşir yeni nəsilin mütaliədən uzaq düşməsi fikri ilə razılaşmır:

“Məncə, gənclər indi daha çox mütaliə edir. Kitab oxuyanların sıraları genişlənib. Bu çox sevindirici haldır. Kitab oxumaq bu həyatda bizə verilən şansdır. Elə insan var ki, gözləri görmür, bəzilərinin gözü çox zəifdir, hətta bir qismin yaddaşı zəifdir, görür və dərhal unudur. Ağlı başında, gözü görən, oxumağı bacarıb, amma oxumayanlar özlərinə qarşı xəyanət edənlərdir. İnsan gərək bu potensialından mütləq istifadə etsin. Kitab ən böyük insanlıq dəyəridir. Bundan böyük dəyər yoxdur”.

Aygün Mirakif,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:515
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri