Icma.az
close
up
RU
Rəqsanənin bu addımı hamını çaşdırdı Vacib detallar ortaya çıxdı

Rəqsanənin bu addımı hamını çaşdırdı Vacib detallar ortaya çıxdı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Müğənni Rəqsanə İsmayılova barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən sonra onun televiziya proqramlarına qatılması müzakirələrə səbəb olub. Bəziləri bunu məhdudiyyətlərin pozulması kimi qiymətləndirir, digərləri isə qanunvericiliyin efir çıxışlarını birbaşa qadağan etmədiyini vurğulayır. 

Ev dustaqlığı altında olan şəxs üçün bu cür ictimai fəaliyyət qanunla qadağandır?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, Cinayət Prosessual Məcəlləsinin (CMP) 163.1-ci maddəsinə görə, ev dustaqlığı təqsirləndirilən şəxsin həbs olunmadan, amma müəyyən azadlıqlarının məhkəmə qərarı ilə məhdudlaşdırılması deməkdir:

“Yəni bu tədbir insanı tam təcrid etmir, sadəcə azadlığını müəyyən çərçivədə məhdudlaşdırır. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən şəxsin üzərinə məhkəmə müəyyən vəzifələr qoyur.  CPM-nin 163.3-cü maddəsinə əsasən, şəxsin vəzifələri bunlardır:

Yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

Elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

Məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

Məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.

Bunlar imperativ tələblərdir. Həmçinin CPM-nin 163.3-1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin üzərinə əlavə vəzifələr də qoyula bilər. Məsələn, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərə qatılmamaq, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, müəyyən şəxslərlə ünsiyyətdə olmamaq, təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr bu sırada yer alır”.

Asim Abbasov

Vəkil bildirib ki, sadalananlara əsasən, müğənninin proqramlara, efirlərə çıxmasına məhkəmə hər hansı bir qadağa qoymayıb:

“Əgər məhkəmə qərarında efirlərə, proqramlara çıxmasına hər hansı bir qadağa məyyən edilməyibsə, Rəqsanə İsmayılovaya bu yöndə hər hansı bir məhdudiyyət ola bilməz. Təqsirsizlik prezumpsiyasına əsasən, onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri