Avtomobilin görünüşü hamını çaşdırdı: gerçək başqa imiş VİDEO
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Türkiyənin Əskişəhər şəhərində kapotunda qan ləkələrinə bənzər izlər və insan meyitini xatırladan fiqur olan avtomobil polis əməkdaşlarının diqqətini çəkib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə şəhərin Təpəbaşı rayonunun Hoşnudiye məhəlləsində, İsmət İnönü-1 küçəsində qeydə alınıb.
Küçədə hərəkət edən avtomobil qeyri-adi görünüşü ilə həm vətəndaşların, həm də patrul xidməti əməkdaşlarının diqqətini cəlb edib. Şübhələnən polislər nəqliyyat vasitəsini saxlayaraq yoxlama aparıblar.
İlkin baxış zamanı avtomobilin kapotunda qan ləkələrinə bənzəyən qırmızı boya izləri və meyit fiquru aşkarlanıb.
Əraziyə əlavə polis əməkdaşları cəlb olunub və avtomobil ətraflı yoxlanılıb.
Araşdırma nəticəsində məlum olub ki, avtomobilin qeyri-adi dizaynının heç bir real cinayət hadisəsi ilə əlaqəsi yoxdur. Nəqliyyat vasitəsi sosial şəbəkələr üçün video və digər məzmunların hazırlanması məqsədilə bu formada bəzədilib.
Hadisədən sonra avtomobilin sahibi və sosial media üçün məzmun hazırlayan şəxs ifadələrinin alınması məqsədilə polis bölməsinə aparılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 30 Oktyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















