Icma.az
close
up
RU
Rəqsanənin evlilik marafonu KONKRET

Rəqsanənin evlilik marafonu KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova dekabrın 16-da, həbsdən sonra ilk solo konsertini verib. Konsert zamanı ifaçı həyat yoldaşı Fazil Əmiraslanovla ayrıldıqlarını bildirib.

“Sizi bilmirəm, mən sevməyə son qoymuşan. Fazillə hər şey bitib”, – o deyib.

R.İsmayılovanın bu çıxışı onun evlilik tarixini də gündəmə gətirib.

KONKRET.az müğənninin evlilikləri haqqında “Yeni Sabah”ın materialını təqdim edir:

Müğənnini ilk evliliyi Yaşar adlı bəylə olub. Onun bu evlilikdən qızı Aysun İsmayılova dünyaya gəlib. İfaçı müsahibələrində qızının atası haqqında danışaraq bildirib:

“Aysunun atası qarmon çalan olub. Amma ailəyə, uşağa baxan adam deyildi. Dörd il əzab-əziyyətə, yoxsulluğa dözdüm. İçki içib evdə dava salırdı. Balon və yorğanları satıb evə baxırdım. Keçmişi unutmuram. Moskvaya getdik, dərman içdim, özümü öldürmək istədim”.

Aysun İsmayılova isə açıqlamalarından birində 14 yaşı olanda atasını tapdığını, lakin onu qəbul etmədiyini bildirmişdi. İfaçı bioloji atası Yaşar olsa da, ona atalıq edən şəxsin Fazil Əmiraslanov olduğunu söyləyib.

İfaçının 2-ci evliliyi qızı Yağmurun atası ilə olub. Adı açıqlanmsa da, həmin bəyin Azərbaycanda çox tanınmış nəslin nəvəsi olduğu deyilir. Rəqsanə həmin bəylə qeyri-rəsmi yaşayıb və bu münasibətdən qızı Yağmur dünyaya gəlib. Müğənni müsahibələrinin birində keçmiş həyat yoldaşı haqqında belə açıqlama verib:

“Bu haqda heç vaxt açıqlama verməmişəm. Buna da ehtiyac yoxdur. Yağmurun dünyaya gəlməsi, atasının kimliyi, kimlərdəndir və s. heç vaxt danışmamışam. Övladlarımızın hamısının öz yeri var. Bu gün mənim dörd övladım var, üç qızım, bir oğlum. Yağmurun atasını elə bir vaxtda tanıdım ki, sadəcə, ona ehtiyacım var idi. Onu sevməmişəm, ondan ötrü ölməmişəm. Sadəcə, ona ehtiyacım vardı. Maddi vəziyyətim yaxşı deyildi. Deyim ki, məndən ötrü nələrsə edib, yox, yalan olar. O vaxt ilk müğənni idim ki, “Range Rover” sürürdüm. Birdən-birə dağın başından elə bil aşağı düşdüm. Həmin ərəfədə Yağmurun atası ilə tanış oldum. Hamilə qaldım və anam mənimlə dava etdi ki, bu uşağı dünyaya gətirsən, hamı sənə nə gəldi deyəcək. Amma dedim ki, nə olur-olsun o uşağı dünyaya gətirəcəyəm. O insan həmişə Yağmurun yanında olub”.

Rəqsanə İsmayılovanın 3-cü evliliyi iş adamı Fazil Əmiraslanovla olub. İfaçı həyat yoldaşı Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirmişdi. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını (Aysun və Yağmur) da öz soyadına keçirib. Onların bu evlilikdə 2 övladı var. Oğlu Muhamməd Əli və qızı Mihrimah Sultan.

R.İsmayılova ilə evlilik biznesmenin ikinci nikahı olub. Onun ilk evliliyi 20 il çəkib və bu nikahdan iki övladı var.

Müsahibələrinin birində Rəqsanənin övladları daxil 6 uşağı olduğunu bildirən Fazil Əmiraslanov onların içində ən çox bağlandığı Rəqsanə ilə nikahlarından dünyaya gələn Mihrimah Sultan adlı qızları olduğunu deyib.

R.İsmayılovanın sonuncu nikahda olduğu F.Əmiraslanovun evlilikdən sonra öz qohum-əqrabası və yaxınlarından uzaqlaşdığı haqqında iddialar da var. Bildirilir ki, hər zaman qohum-əqraba ilə sıx münasibətdə olan F.Əmiraslanov bu evlilikdən sonra hər kəslə məsafəli davranıb. Eyni zamanda onun da müğənni kimi estetik prosedurlar etdiyi və saç əkdirdiyi deyilir.

Bundan əlavə Rəqsanənin ilk evliliyinin Aysunun atası ilə deyil, başqa bəylə olduğu haqqında da iddialar var. Əgər iddialar doğrudursa, belə çıxır ki, müğənni 4 dəfə ailə həyatı qurub və 4-də də uğursuz alınıb.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri