Icma.az
close
up
RU
Rəqsanənin taleyi necə olacaq? “Ödəniş etsə də, azadlığa çıxmaya bilər”

Rəqsanənin taleyi necə olacaq? “Ödəniş etsə də, azadlığa çıxmaya bilər”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rəqsanə İsmayılovanın törətdiyi iddia olunan əməl CM-in 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin, xüsusilə, külli miqdarda əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə törədilən dələduzluq cinayəti mülkiyyət əleyhinə olan xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilib”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas Sadiq Əfəndiyev deyib.

O bildirib ki, zərərçəkmişlə barışan şəxs cinayət məsulliyətindən azad oluna bilər:

“Bir sıra mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmənin əsasları qanunda konkret olaraq göstərilib. CM-nin 73-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər”.

Hüquqşünas qeyd edib ki, sözügedən maddələrlə, o cümlədən CM-nin 178.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətini törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi onun tərəfindən üç hərəkətin edilməsini tələb edir: zərərçəkmiş şəxslə barışmaq; vurduğu ziyanı tamamilə ödəmək; vurduğu ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmək.

Bununla yanaşı nəzərə alınmalıdır ki, xüsusilə ağır cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ziyanı ödəməsi və dövlət büdcəsinə ödənişi etməsi tam əminliklə onun barəsində cinayət işinə xitam veriləcəyini deməyə əsas vermir”.

Sadiq Əfəndiyevin sözlərinə görə, Rəqsanə İsmayılovanın ittiham olunduğu cinayət əməli xüsusilə ağır kateqoriyaya aiddir:

“Qanun nisbətən daha yüngül cinayətlər kateqoriyasına aid olan cinayətlərdən fərqli olaraq xüsusilə ağır cinayətlər kateqoriyasına aid cinayətlər törətmiş və zərərçəkmiş şəxslə barışmış, ziyanı və müvafiq ödənişi etmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsini imperativ qaydada cinayət təqibi orqanının üzərinə qoymamış, “bilər” sözündən istifadə etməklə bu məsələnin qiymətləndirilməsini və həll edilməsini həmin orqanın səlahiyyətlərinə buraxıb”.

Hüquqşunas bildirib ki, yüngül cinayətlərlə məhkum edilən məhkumlar qarşı tərəflə barışıq əldə edib, məbləği tam ödədiyi halda həbsdən azad edilir:

“Burada əsas məsələlərdən biri qarşı tərəflə barışıq əldə etməkdir. Rəqsanə İsmayılovanın mühakimə olunduğu maddə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edildiyi üçün onun haqqında tam şəkildə azad olunacaq fikrini səsləndirə bilmərik. 

Eyni zamanda, Rəqsanə İsmayılovanın ittihamları qəbul edib, etmədiyini də bilmirik. Əgər qəbul etmirsə, nəyə görə ödəniş edir? Bütün bu məsələləri araşdırmaq lazımdır”.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri