Icma.az
close
up
RU
Son çempion pley offa çıxmaya bilər

Son çempion pley offa çıxmaya bilər

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Libertadores Kubokunun (LK) qrup mərhələsi sona yaxınlaşıb.

"Football-plus.az" xəbər verir ki, mayın 14-16-sı aralığında bu mərhələnin 5-ci turu keçirildi. Hesabat turu ərəfəsində 1/8 finalın ilk iki iştirakçısı məlum idi. Artıq 9 klub pley-offa vəsiqəni təmin edib. Deməli, sonuncu turda 7 vəsiqənin sahibi müəyyənləşəcək.
Qeyri-sabit çıxış edən KL-in sonuncu qalibi çətin vəziyyətə düşmüşdü. “Botafoqo” pley-offa çıxmaq şansını davam etdirmək üçün rəqib meydanında məğlub olduğu (0:1) “Estudiantes”ə evdə qalib gəlməli idi. Rio de janeyrolular çətinliklə də olsa, buna nail oldular. Lakin 3:2 hesablı qələbə Braziliya klubunu A qrupunda 3-cü yerdən yuxarı qaldırmadı. Bu qrupda sonuncu tur ərəfəsində “Universidad de Çili” 10 xalla liderdi, “Estudiantes” ilə “Botafoqo” 9 xala malikdi və Argentina klubu topların daha yaxşı fərqinə əsasən 2-ci yeri tutur.
Sonuncu turda “Botafoqo” evdə “Universidad de Çili”ni məğlub etməyə çalışacaq. Əks halda son çempion turnirdə mübarizəni erkən dayandıra bilər. Ona görə ki, “Estudiantes” evdə qrupun autsayderi “Karabobo” ilə qarşılaşacaq və “tələbələr”in maksimum xal qazanmaqla pley-offa çıxmaq şansı yüksəkdi.
B qrupunda evdə “İndependyente del Valye”ni 6:2 hesabıyla darmadağın edən “River Pleyt” sonuncu tur ərəfəsində 1/8 finala çıxdı. Argentina nəhəngi artıq qrup liderliyini də təmin edib.
C qrupunda bütün suallara 6-cı turda cavab tapılacaq. “Deportivo Taçira”ya Venesuelada 2:1 hesabıyla qalib gələn “Sentral Kordoba” 11 xalla liderdi. Argentina klubu 8 xala malik olan “LDU Kito” ilə səfərdə qarşılaşacaq. Eyni xalı olan “Flamenqo” isə Brazilyada “Deportivo Taçira”nı məğlub etməyə çalışacaq. Qeyd edək ki, “Deportivo Taçira” qrup mərhələsinin bütün oyunlarında məğlub olan yeganə komandadı.
D qrupunda “San Paulu” 4-cü turda azarkeşlərini erkən sevindirmişdi. Braziliya klubu evdə “Libertad” ilə 1:1 hesabına razılaşdı. Bu nəticə Paraqvay klubunun da 1/8 finala çıxması üçün kifayət etdi.
E qrupunda artıq bütün sualların cavabı məlumdu. “Kolo Kolo”nun qapısından 4 cavabsız top keçirən “Rasinq” və “Fortaleza” pley-offda oynayacaqlar. “Atletiko Bukaramanqa” 3-cü yerin sahibi kimi Sudamerikana Kubokuna (SK) vəsiqə qazandı. “Kolo Kolo” isə sonuncu turda “Atletiko Bukaramanqa”ya qalib gəlməklə azarkeşlərinə təsəlli verməyə çalışacaq.
F qrupunda “Bayya” üzərində qələbə (1:0) “Atletiko Nasyonal”ın ən güclü 16 komanda sırasına çıxışını təmin etdi. Kolumbiya klubu sonuncu turda “İnternasyonal” ilə “Bayya”nın qarşılaşacağı üçün istənilən halda azı 2-ci yeri tutacaq. Deməli, Braziliya derbisinin nəticəsi hər iki tərəf üçün böyük əhəmiyyət daşıyacaq.
G qrupunda yarışan “Palmeyras” azarkeşlərini ardıcıl qələbələrlə sevindirməyə davam edir. Artıq 4-cü turda pley-offa vəsiqə ilə yanaşı, qrup liderliyini də təmin edən Abel Ferreyranın komandası “Bolivar”a 2:0 hesabıyla qalib gəldi. LK-nın favoritləri sırasında olan Braziliya nəhəngi qrup mərhələsində xal itirməyən yeganə komandadı. Bu qrupdan 2-ci vəsiqəyə “Serro Portenyo”nun sahib çıxmaq ehtimalı yüksəkdi.
Nəhayət, H qrupunda da sonuncu tur ərəfəsində bütün komandaların aqibəti müəyyənləşib. “Veles Sarsfild” ilə “Penyarol” 1/8 finalda, “San Antonio de Bulo Bulo” SK-da oynayacaq. Qrupun uğursuzu isə “Olimpiya”dı.
qrup mərhələsi, 5-ci tur
A qrupu
Universidad de Çili (Çili) – Karabobo (Venesuela) 4:0

Sepulveda, 30. Arangis, 65-p. Saldivia, 81. Poblete, 90.
Botafoqo RJ (Braziliya) - Estudiantes (Argentina) 3:2
Ruan Krus, 42. İqor Jezus, 52. Artur, 85 - T.Palasios, 62-p.; 77.
1. Universidad de Çili 5 3 1 1 8-5 10
2. Estudiantes 5 3 0 2 9-5 9
3. Botafoqo RJ 5 3 0 2 7-5 9
4. Karabobo 5 0 1 4 2-11 1
B qrupu
River Pleyt (Argentina) - İndependyente del Valye (Ekvador) 6:2

Driussi, 7. Sarate, 26-öz qapısına. Mastantuono, 45+5-p. Mesa, 51. Borxa, 87. Lansini, 90+4 – Oyos, 11. Spinelli, 21.
Universitario (Peru) - Barselona (Ekvador) 1:0
Valera, 45+1.
1. River Pleyt 5 3 2 0 12-6 11
2. Universitario 5 2 1 2 3-3 7
3. İndependyente del Valye 5 1 2 2 6-10 5
4. Barselona 5 1 1 3 3-5 4
C qrupu
Deportivo Taçira (Venesuela) - Sentral Kordoba (Argentina) 1:2

Kastilyo, 75 – Qalvan, 20. Veron, 76.
Flamenqo (Braziliya) - LDU Kito (Ekvador) 2:0
Leo Ortis, 10. Luiz Araujo, 51.
1. Sentral Kordoba 5 3 2 0 7-4 11
2. Flamenqo 5 2 2 1 5-3 8
3. LDU Kito 5 2 2 1 5-4 8
4. Deportivo Taçira 5 0 0 5 4-10 0
D qrupu
San Paulu (Braziliya) - Libertad (Paraqvay) 1:1

Lukka Markes, 90 – Agilar, 74.
Talyeres de Kordoba (Argentina) - Alyansa Lima (Peru) 2:0
Botta, 23. Depyetri, 38.
1. San Paulu 5 3 2 0 8-3 11
2. Libertad 5 2 2 1 4-3 8
3. Talyeres de Kordoba 5 1 1 3 4-6 4
4. Alyansa Lima 5 1 1 3 5-9 4
E qrupu
Rasinq (Argentina) - Kolo Kolo (Çili) 4:0

A.Martines, 36; 45+1. Solari, 51. Balboa, 81.
Fortaleza (Braziliya) - Atletiko Bukaramanqa (Kolumbiya) 0:0

1. Rasinq 5 3 1 1 13-3 10
2. Fortaleza 5 2 2 1 8-4 8
3. Atletiko Bukaramanqa 5 1 3 1 6-9 6
4. Kolo Kolo 5 0 2 3 4-15 2
F qrupu
Atletiko Nasyonal (Kolumbiya) - Bayya (Braziliya) 1:0

Viveros, 46.
Nasyonal (Uruqvay) - İnternasyonal (Braziliya) 0:2
Rikardo Matias, 45. Agirre, 90+7.
1. Atletiko Nasyonal 5 3 0 2 7-5 9
2. İnternasyonal 5 2 2 1 10-7 8
3. Bayya 5 2 1 2 4-5 7
4. Nasyonal 5 1 1 3 6-10 4
G qrupu
Palmeyras (Braziliya) - Bolivar (Boliviya) 2:0

Murilo, 6. F.Torres, 12.
Sportinq Kristal (Peru) - Serro Portenyo (Paraqvay) 0:1
İturbe, 14.
1. Palmeyras 5 5 0 0 11-4 15
2. Serro Portenyo 5 2 1 2 7-7 7
3. Sportinq Kristal 5 1 1 3 6-10 4
4. Bolivar 5 1 0 4 8-11 3
H qrupu
Veles Sarsfild (Argentina) - San Antonio de Bulo Bulo (Boliviya) 3:0

M.Karriso, 68. M.Santos, 79. Montoro, 90+3.
Penyarol (Uruqvay) - Olimpiya (Paraqvay) 3:2
L.Fernandes, 50. Olivera, 55. Remedi, 73 - L.Lopes, 13. Legisamon, 37.
1. Veles Sarsfild 5 3 1 1 11-4 10
2. Penyarol 5 3 1 1 9-4 10
3. San Antonio de Bulo Bulo 5 2 0 3 5-11 6
4. Olimpiya 5 0 2 3 5-11 2
Bombardirlər: Alan Patrik (İnternasyonal), Vaka (Bolivar) - 5, Arse (LDU Kito), M.Karriso (Veles Sarsfild), Spinelli (İndependyente del Valye), Viveros (Atletiko Nasyonal) - 4.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 May 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri