Icma.az
close
up
RU
Rəqsanənin türmə həyatı haqda açıqlaması heyrət doğurdu İnanılmaz!

Rəqsanənin türmə həyatı haqda açıqlaması heyrət doğurdu İnanılmaz!

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Müğənni Rəqsanənin həbsxanada olarkən üç ay ərzində 300 kitab oxuduğunu deməsi müzakirələrə səbəb olub. Hələ bununla kifayətlənməyən müğənni həmin müddətdə özü bir kitab da yazdığını bildirib. Onun sözlərinə görə, oxuduğu kitablar arasında Tövrat, İncil, Quran və Bibliya kimi dini kitablar də yer alıb. Sadə hesablama aparsaq, 300 kitab 90 günə bölünəndə günə təxminən 3,3 kitab düşür. Yəni hər gün üç kitab və əlavə olaraq bir kitabın üçdə birini oxumaq insanlara inandırıcı gəlmir.

Belə dərin və mürəkkəb mətnləri bu sürətlə oxumaq nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan Əməkdar jurnalist Ləman Ələşrəfqızı mövzuya skeptik yanaşdığını gizlətmir. Bildirib ki, bu sürətlə oxumaq adi oxucu üçün real görünmür:

“Bilmirəm, Rəqsanənin oxuma sürəti F-16-dır, bəlkə F-35-dir, bunu deyə bilmərəm (gülür). Amma normal insan üçün bu temp mümkün deyil. Şəxsən mən oxuya bilmərəm. Yadıma tələbəlik illərim düşür. Bakı Dövlət Universitetində oxuyanda müəlliməmiz Nüşabə Sadıqlı xarici ədəbiyyatdan imtahan götürürdü və son dərəcə tələbkar idi. Mən bir ay ərzində zorla yeddi dənəsini oxumuşdum. Halbuki bədii ədəbiyyatı sevən, oxuyan adamam”.

Ləman Ələşrəfqızı

Jurnalist qeyd edib ki, mütaliə hər kəs üçün eyni səviyyədə asan deyil və bu gün diqqət dağınıqlığı daha da artıb:

“İndi telefonlar, sosial şəbəkələr diqqətimizi ciddi şəkildə yayındırır. Oxumaq özü də asan proses deyil. Hər adam oxuya bilmir. Orta məktəbdə təhsil aldığım illərdə 10-cu sinif şagirdləri arasında höccələyərək oxuyanlar var idi. Ola bilsin, Rəqsanə də oxuyur, ya oxuya bilmir, amma bu qədər qısa müddətdə bu sayda kitab, üstəlik dini və fəlsəfi mətnləri oxumaq, hətta sürətli oxu ilə belə, mənə inandırıcı gəlmir”.

L.Ələşrəfqızı bütün bunlara baxmayaraq, oxumağın təşviq olunmasını müsbət hal kimi qiymətləndirib:

“Hər halda bu xəbər mənim ovqatımı bir qədər yaxşılaşdırdı. Çünki oxumaq həmişə yaxşıdır. Rəqsanə və onun kimi müğənnilər oxuyursa, bu artıq müsbət haldır. Təki bacardıqları qədər çox oxusunlar. Türkiyədə baxırsan, mədəniyyət adamları, aktyorlar, müğənnilər, hətta uşaqlar belə nə qədər mütaliəlidir. Bu çox xoş təsir bağışlayır. Kimsə deyəndə ki, “kitab oxuyuram”, “üç kitab oxumuşam”, mənim üçün bu, həmişə sevindirici haldır. Allah yolunu açıq eləsin, oxusunlar, təki oxumaqdan uzaq qalmasınlar”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri