Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Rəşad Abullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”

Rəşad Abullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Rəşad Abullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”

Medianın İnkişafı Agentliyinin layihəsi

"Neftçi-2"nin baş məşqçisi Rəşad Abullayev PRO kursları çərçivəsində Türkiyəyə səfərdədir. O, qonşu ölkənin əsas çempionatının - Superliqanın ilk 5-liyində qərarlaşan "Göztepe"də təcrübə keçir. 44 yaşlı mütəxəssis İzmir təmsilçisinin məşqlərində və oyunlarında iştirak etmək fürsətinə yiyələnib.

Hazırda da sözügedən klubun düşərgəsində olan Rəşad Abullayev QOL.az-ın suallarını cavablandırıb.

- "Göztepe"nin məşqində, oyunlarında iştirak etdiniz. Bu klub, komanda barədə fikirləriniz, təəssüratlarınız necədir?

- Artıq 3 gündür ki, "Göztepe"nin məşqlərində oluram. Təəssüratlarım çox yaxşıdır. Məni burada isti bir şəkildə qarşıladılar. Həm İdarə Heyəti, həm də məşqçilər heyəti ilə söhbətlərimiz oldu. Mənim PRO kursumun tələblərinə uyğun olaraq, təcrübə proqramındakı işlərimiz haqda danışdıq. "Göztepe" tarixi olan bir klub, peşəkar komandadır. Hələ ki, məşqlərim davam edir. 

- Komandanın baş məşqçisi Stanimir Stoilovla söhbət etmək fürsətiniz oldumu? Azərbaycan futbolu barədə danışdınız? 

- Onunla çox isti, maraqlı söhbətlərimiz oldu. Məni çox yaxşı qarşıladı. Hər gün onunla maraqlı söhbətlər aparırıq. Türkiyə və Azərbaycan futbolunu müqayisə edirik, ümumi yeni tendensiyalar barədə danışırıq. Bilirsiniz ki, futbol çox inkişaf edib. Ona görə də müasir futboldan danışırıq. Stanimir Stoilov Azərbaycan futbolu haqda müsbət fikirdədir. "Neftçi"ni çox yaxşı tanıdığını, köklü komanda olduğunu vurğuladı. Stanimir Stoilov bolqarıstanlı məşqçidir, Azərbaycan futbolunu yaxından tanıyan insandır. Bir çox müzakirələrimiz oldu. Şəxsən ona təşəkkür edirəm. Rahat təcrübə keçməyim üçün çox yaxşı şərait yaratdı. 

- Ötən gün "Göztepe"nin "Qalatasaray"la oyununda da olmusunuz...

- Bəli. Çox maraqlı oyun alındı. Belə oyunda iştirak etmək mənim üçün böyük təcrübə oldu. Bazar günü "Göztepe" "Kasımpaşa" ilə qarşılaşacaq. Həmin matçda da iştirak edəcəyəm.

- PRO kateqoriyalı kurslar üçün niyə məhz "Göztepe" klubu seçilib? 

- "Neftçi" rəhbərliyinin "Göztepe" klubu ilə isti münasibətləri var. Şəxsən onlara təşəkkür edirəm. Mənim "Göztepe"də təcrübə keçməyim üçün fürsət yaratdılar. Mən özüm də bu komandanın məşqlərində, oyunlarında olmaq istəyirdim. Çünki "Göztepe"nin oyun tərzi mənə çox yaxındır. Pressinq edirlər, təzyiq edirlər. Komanda 90 dəqiqə meydanda hərəkət edir. Bu da mənim çox xoşuma gəlir. 

R.Abdullayev "Goztepe"nin baş məşqçisi Stanimir Stoilovla 

- Bu müddətdə Azərbaycan futbolu ilə Türkiyə futbolu arasında hansı fərqləri gördünüz? 

- Biz həmişə öndə olan ölkələrin təcrübələrindən faydalanmağa çalışmışıq. Açığı, müqayisə etmək istəməzdim. Amma reallıq budur ki, biz çox şey öyrənməliyik. İnfrastruktur, inkişaf baxımından öndə gedən ölkələrə çatmağa cəhd göstəririk. Son illər Azərbaycan futbolunda uğurlarımız var. Əvvəlki illərə baxsaq, peşəkar səviyyədə bu işlərin üzərində dayanmağa çalışırıq.

- Gələcəkdə də bu klubu ziyarət etməyi düşünürsünüzmü? Ümumiyyətlə, Türkiyədə başqa hansı klublarda təcrübə keçmək istəyirsiniz? 

- Əlbəttə ki, gələcəkdə də bu təcrübəmdən istifadə etməyi istəyərdim. Çünki bir məşqçi kimi nə qədər çox klubda olsam, təcrübəm də o qədər artar. Şəxsən mən məşqçi olaraq bunun tərəfdarıyam. "Göztepe"nin ümumilikdə klub olaraq heyəti çox güclüdür. Bu, mənim üçün böyük bir təcrübədir. Çoxlu qeydlər apardım. Türkiyə futbolunu yaxından izləyən insan kimi digər klubda da təcrübə keçmək istəyərdim. Gələcəkdə də çalışacağam ki, başqa klubların məşqlərində, oyunlarında iştirak edim. 

- Bəs Avropa komandalarından hansının oyun sistemi bir məşqçi kimi sizə uyğun, yaxındır?

- Məşqçi kimi hansısa bir sistemin üzərində çox dayanmırıq. Bayaq dediyim kimi, yeni tendensiyalar var. Daha çox axtarmalıyıq. Düzdür, "Neftçi-2"də bəlli bir sistem var, neçə illərdir ona uyğun çalışırıq. Amma daim araşdırmalıyıq. Gəlib təcrübə toplayırsan, görürsən ki, fərqli-fərqli sistemlər var. Bu, zaman-zaman dəyişə bilər. Məşqçi kimi daim axtarışdayam. Digər sistemləri də yoxlamaq böyük təcrübədir. Sistem olaraq mən dördlü müdafiənin tərəfdarıyam. Lakin gələcəkdə hansı klubda olacağımızı bilmirik. Məsələn, mən bu gün "Göztepe"nin beşli müdafiə ilə oynadığını görürəm. Futbolçular da buna uyğun yığılıb. Düşdüyün mühitdən çox şey asılıdır. 

- Elə söhbətimizə "Neftçi-2" ilə davam edək. Hazırda Əvəzedicilər Liqasında lidersiniz. Lakin "Sabah-2"nin də xalları sizinlə bərabərdir. Çempionluq barədə nə düşünürsünüz?

- Məlum səbəblərə görə mən 1 həftə komandamızın məşqlərində iştirak edə bilməyəcəyəm. Amma məşqçilərlə hər gün daim əlaqədəyəm. Hər gün danışırıq ki, komandanı yaxşı formada saxlasınlar. Bizim üçün həm yaxşı futbolçular yetişdirmək, həm də qələbə ruhunu qorumaq önəmlidir. İlk pillədə qərarlaşırıq, "Sabah"la xallarımız bərabərdir. Ötən il də vəziyyət belə idi. Sonda onlarla heç-heçə etdik. Sonra çempionluğu "Sabah" qazandı. Bu il də çalışacağıq ki, keyfiyyətli futbolçular yetişsin, qələbə ruhunu saxlayaq və çempion olaq. Vacib oyunlar keçirəcəyik. İnanıram ki, futbolçularım meydanda mənə kömək edəcəklər. Çünki biz həmişə onları yüksəkdə saxlamağa çalışırıq.

- "Neftçi-2"nin Əvəzedicilər Liqasındakı uğurlu çıxışı növbəti mövsüm üçün əsas komandaya da kömək edə bilərmi?

- Əlbəttə. Bizim ilk məqsədimiz əsas komandamıza layiqli futbolçular yetişdirməkdir. Hər dəfə 4-5 futbolçumuz əsas komandanın məşqində iştirak edir. Futbolçulara başa salırıq ki, hansı komandanın formasını geyindiklərini dərk etsinlər. Bu, mənim üçün çox önəmlidir. Bizə hər il yeni-yeni oyunçular gəlir. "Neftçi"nin akademiyasından da futbolçular götürdükcə onları həm məşqlərdə, həm oyunlarda başa salmağa çalışırıq. Bu yöndə işimizi davam etdiririk. Futbolçuların inkişafı bizim üçün çox önəmlidir. Çünki əsas komandanın uğuru hamımızın uğurudur. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Aprel 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri