Icma.az
close
up
RU
Niyə elm öyrənməliyik?

Niyə elm öyrənməliyik?

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Allahın (c.c.) Əsmaül-Hüsnasından (Gözəl Adlarından) biri də Alimdir, yəni hər şeyi bilən. Quran bizə bildirir ki, dünyada, axirətdə nə baş verirsə, hamısı Allahın bilgisi daxilində cərəyan edir. Bir yarpaq belə Onun bilgisi olmadan budağından qopa bilməz. Külli kainatı yaradan Allah hər yaratdığına nə kimi xassə, keyfiyyət verdiyini Özü bilir. Ağıl və iradə sahibi olan insan da Allahın yaratdıqlarını öyrənməklə mükəlləfdir. İstər Quranda, istərsə də Sevimli Peyğəmbərimizin (s.ə.s.) hədislərində elm öyrənmək təşviq edilir.
- “Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın”. (Mücadilə/11)
- “De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (Zumər/9)
- “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (Fatir/28)
İslam məntiqinə görə, dininin tələblərini yerinə yetirən bir müsəlmanın elmlə məşğul olması da ibadətdir. Üstəlik, onun elmlə məşğul olması nafilə ibadətlə məşğul olmasından daha xeyirlidir. Kainatı, təbiəti, insanı, heyvanı öyrənmək, maddələr arasındakı münasibətləri kəşf etmək Allahın elmini aşkara çıxarmaqdır. Allah (c.c.) bizi buna təşviq edir, yaratdıqlarını öyrənməyə çağırır.
Elmlə məşğul olan insan bu yolla baxdığı əsərdə onun müəllifini görməyə çalışır. Çünki elm nəticə etibarı ilə insanı Allahın varlığına aparan işıqlı bir yoldur. Əgər bir insan oxuyub öyrəndiyi elmlə Allaha yaxınlaşmırsa, deməli onun özündə, ya da oxuduqlarında problem var.
Bütün elmlərin mənbəyi, bütün kitabların anası Allahın Kitabı, yəni Qurandır. O elm doğrudur ki, Quranın paralelində inkişaf edir, yəni Onun müddəalarını təsdiq edir. Quran həqiqətinə qarşı çıxan elm, elm deyil, fəsaddır.
Qədim yunanlarda belə bir qənaət olub ki, dünyada bircə elm var, fəlsəfə, yerdə qalan bütün elmlər onun qollarıdır. Ən böyük həqiqət Allahın varlığı və birliyidir. Bütün elmlər bu həqiqətin təsdiqinə yönəlir. Əslində, dünyadakı bütün elmləri bir misalda birləşdirsək, bərabərlikdən sonrakı rəqəm, yəni cavab bəllidir: “Bir”. O “Bir” bir qədər yuxarıda dediyimiz məlum həqiqətdir. Elmlər o bərabərliyə, daha doğrusu bərabərlikdən sonrakı Birə, Vahidə doğru ən doğru yolla irəliləməli və onu təsdiq edən nəticəni ortaya qoymalıdır.
Elm - istər maddi, istərsə də mənəvi cəhətdən tərəqqinin əsas şərtidir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, istər kişi olsun, istərsə də qadın, elm öyrənmək hər bir müsəlmanın borcudur: “Elm möminin itiyidir, harada görsə, götürsün”;
“Elm Çində də olsa, onun ardınca getməkdən çəkinməyin”;
“Beşikdən məzara qədər elm öyrənməyə çalışın”;
“Heç kim cəhalətlə qalib, elmlə zəlil olmaz”;
“Elm Mənim və digər Peyğəmbərlərin mirasıdır. Kim mənə mirasçı olsa, Cənnətdə Mənimlə bir yerdə olar”...
Bir mühüm həqiqəti də nəzərdən qaçırmayaq ki, öyrənilən elm nəticə etibarı ilə həmin insanın xarakterinin formalaşmasında mühüm rol oynamalıdır. Yəni, sən sənin öyrəndiklərinlə şəkillənirsən, formalaşırsan. Öyrəndiyini başına yük etmək deyil, həyatına tətbiq etmək çox mühüm məsələdir. Qurani-Kərim öyrəndiklərini yaşamayan, həyatını elm üzərində qurmayan insanı kitab yüklü ulağa bənzədir. Belində daşıdığı kitablar ulaq üçün nə qədər faydalıdırsa, yaddaşda qalan, həyata daşınmayan elm də insan üçün o qədər xeyirlidir. Deməli, nəyi öyrənmək də çox ciddi mövzudur. Başqalarından güclü və ya üstün olmaq üçün elm öyrənmək insana olsa-olsa dünya həyatında xeyir gətirə bilər, əlbəttə, onu da Allah istəsə...
Elm öyrənək, elmli olaq, ancaq öyrəndiklərimizi də həyatımıza daşıyaq. Unutmayın ki, bilənlərin dərəcələri daha üsütn olur, qazandıqları daha çox olur. Buna inanın və inadığınız kimi də yaşayın...
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Sentyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri