Icma.az
close
up
RU
Rəşad Dağlı həmin cinayətdən danışdı: Dedi ki, guya seksual azlıqsan

Rəşad Dağlı həmin cinayətdən danışdı: Dedi ki, guya seksual azlıqsan

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətməsi ilə ətraflı detallar ortaya çıxıb. 

Milli.Az xəbər verir ki, o, ifadəsində Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü bildirib:

"Təxminən 1 həftə əvvəl mən Yasamal bazarının arxasında, İskəndərgilin evinin önünə gələrək qapının ağzında onunla görüşdüm. Bir qədər söhbət etdik, söhbət zamanı İskəndər mənə dedi ki, cəzaçəkmə müəssəsində olarkən bir nəfər məhkum ona danışıb ki, guya mən seksual azlıq nümayəndəsiyəm və guya mənim belə hərəkətlərim barədə onun sübutları var. "Həmin şəxs səndən pul tələb edir, sən müəyyən qədər pul versən onunla görüşüb bu məsələni bağlayaram". Dedim ki, həmin şəxs kimdirsə, mənə desin onunla görüşüm görüm mənim barədə bu söhbəti necə yayıb və nə sübutu var. Lakin o dedi ki, sənin onunla görüşməyin məsləhət deyil. Bu məsələni mən yoluna qoymalıyam. Dedi ki, guya həmin şəxsin nömrəsi də onda yoxdur, qonşuları vasitəsi ilə əlaqə saxlayır.

Ümumilikdə onun danışığından belə məlum oldu ki, o məni sadəcə yola verir. Haqqımda həqiqətə uyğun olmayan və şəxsiyyəti alçaldan şaiyələr yaratmaqla məndən pul tələb etmək istəyir. Mən əmin oldum ki, əslində elə adam yoxdur. Bu sadəcə İskəndərin öz qurmasıdır. Bir kişi kimi qəbuledilməz ittihamlar olduğundan və cəmiyyət arasında tanınaraq nüfuza malik olduğumdan bu məsələlər mənə pis təsir edirdi. Buna baxmayaraq mən ona heç bir zorakılıq etmədən aralaşıb getdim. Düşündüm ki, bəlkə bu iddiasından əl çəkər, məni bir daha narahat etməz. Lakin düşündüyümün əksinə İskəndər dəfələrlə zəng edərək məni narahat etməyə başladı".  

Mənə kifayət qədər sms göndərirdi. Mən telefonu yandırandan sonra mesajları gördüm. Mesajlarda "sən deyəsən vəziyyətin ciddiliyini görmürsən və həmin ittihamları qəbul edirsən. Əgər elədisə mən 2-3 Yasamal uşağın götürüb gedib onunla söhbət edərəm". 

Rəşad həmin mesajları oxuyandan sonra silib və əmin olub ki, İskəndər onu şantaj edir. O, İskəndəri fikrindən daşındırmağa çalışıb:

"Noyabrın 8-dən 9-a keçən gecə Rəşad Dağlı növbəti dəfə Babək prospektində şadlıq saraylarının birindən çıxarkən İskəndərə zəng edir və onu bu söz-söhbəti yığışdırmağı bildirir. Lakin buna baxmayaraq İskəndər yenidən Rəşadı təhdid edir. Ona deyir ki, əgər özü könüllü formada bu məsələ ilə bağlı addım atmazsa, onu gecə saat neçədə olur-olsun gəlib düz evlərindən çıxardacaq. Nəticədə Rəşad məcburiyyət qarşısında qalıb İskəndərlə görüşmək qərarına gəlib. 

Məni təhqir elədi, mən də onun təhqirlərinə cavab olaraq onu təhqir elədim. Mənim təhqirimdən sonra əlində bıçağı mənə tuşlayıb məni vurmaq istəyib. Almışam əlimə bıçağı mən vurmuşam onu. İskəndərin öldüyünü başa düşəndən sonra meyidini asfalt yolun kənarına atdım. 

Hadisənin şokundan ayılandan sonra asvtomobilimi aparıb ata evimin önündə saxlayıb daha sonra isə Yasamal Rayon Polis İdarəsinə könüllü yaxınlaşaraq törətdiyim əməli etiraf elədim".

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 İyun 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri