Icma.az
close
up
RU
Rəşad Mahmudov: Yüzlərlə azərbaycanlı həkim ölkəyə qayıda bilmir

Rəşad Mahmudov: Yüzlərlə azərbaycanlı həkim ölkəyə qayıda bilmir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 Diplom tanınması sistemi tamamilə dayanıb

"Son aylarda yüzlərlə vətəndaşımızın, xüsusilə də Rusiyada və digər MDB ölkələrində tibbi təhsil və klinik ixtisaslaşma almış azərbaycanlı həkimlərin müraciətləri artmaqdadır". Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin dünənki plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, söhbət bir mühüm problemdən, xaricdə, xüsusilə MDB məkanında alınmış klinik ixtisasların ölkəmizdə tanınması mexanizminin faktiki olaraq dayanmasından gedir: "Yeni rezidentura proqramının tətbiqindən sonra bu qrup həkimlərin Azərbaycanda fəaliyyətə başlaması çox çətinləşib və bəzən tam qeyri-mümkün vəziyyətə düşüb. İlkin baxışda bu mövzu texniki məsələ kimi görünə bilər, lakin əslində, bu həm insani hüquqlara, həm ölkəmizin səhiyyə ehtiyaclarına, həm də hüquqi öhdəliklərə toxunur. Həmin həkimlər bizim vətəndaşlarımızdır, əslən azərbaycanlılardır, Azərbaycan dilini bilirlər və ölkələrində xidmət göstərmək istəyirlər. Onların böyük bir hissəsi yüksək səviyyəli klinikalarda təhsil alıb, işləyib və bu gün sadəcə öz peşələrini vətənlərində icra etmək istəyirlər". 

Deputat vurğulayıb ki, bu gün Avropanın bir çox ölkələri dünyanın müxtəlif yerlərində təhsil almış həkimləri, eləcə də azərbaycanlı həkimləri sadəcə test, imtahan, təcrübə və adaptasiya mərhələlərindən keçirərək sistemə daxil edir: "Heç bir ölkə belə resursu geri çevirmir. Əksinə, xüsusilə kadr çatışmayan sahələrdə bu modeldən aktiv istifadə olunur. Bizim isə real vəziyyətimiz budur: ölkədə, xüsusilə regionlarda ixtisaslı kadr çatışmazlığı mövcuddur. Biz həkim ehtiyatı axtarırıq, amma hazır, yetişmiş və dil baryeri olmayan bir resursdan istifadə edə bilmirik. Halbuki bu həkimlər imtahan verməyə, adaptasiya keçməyə, hətta regionlarda çalışmağa belə tam hazır olduqlarını bildirirlər. Azərbaycan diplomların tanınması ilə bağlı bir sıra beynəlxalq öhdəliklərə qoşulub. Yəni rədd qərarının hüquqi əsası olmalıdır, imtahan və ya adaptasiya hüququ təmin edilməlidir".

R.Mahmudov əlavə edib ki, bu nə siyasi, nə də emosional məsələdir: "Bu, tamamilə texniki, şəffaf və idarə olunan bir mexanizmlə həll edilə biləcək bir problemdir. Bu mexanizmin yaradılması həm ölkəmizin insan kapitalına, həm də səhiyyə sisteminin real ehtiyaclarına xidmət edəcək. Xaricdə, xüsusilə MDB məkanında klinik ixtisas almış azərbaycanlı həkimlərin ixtisaslarının tanınması üçün daimi, şəffaf və hüquqi cəhətdən əsaslandırılmış mexanizm və adaptasiya imtahanlarının təşkil edilməsinə ehtiyac var".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri