Icma.az
close
up
RU
Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib

Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Ədəbi proses – 2024” mövzusuna həsr olunmuş elmi-yaradıcılıq müşavirəsində çıxışı zamanı bildirib.

Rəşad Məcid belə bir elmi-yaradıcılıq platformasında iştirakdan məmnunluğunu ifadə edərək, “Ədəbi proses” müşavirələrinin əhəmiyyətli bir ənənəyə çevrildiyini qeyd edib. O, indiyədək təşkil olunmuş müşavirələrin əksəriyyətində iştirak etdiyini vurğulayıb və bu tədbirlərin ədəbi fikrin inkişafında mühüm rol oynadığını bildirib.

Rəşad Məcid Belarus Ədəbiyyat İnstitutunun direktoru tərəfindən səsləndirilmiş bir fikrə istinad edərək bildirib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təkcə Azərbaycanda deyil, ümumilikdə ədəbi-mədəni mühitdə ədəbiyyatşünaslıq elminin fəallaşmasına ciddi təsir göstərmişdir. Onun təşəbbüsləri və elmi fəaliyyəti Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi üçün də stimullaşdırıcı amilə çevrilmişdir.

“Ədəbi proses” müşavirələrin ilk illərini xatırlayan Rəşad Məcid qeyd edib ki, o dövrdə məruzəçilər çıxışlarında mürəkkəb ədəbi problemlərə geniş şəkildə toxunmurdular. O, müşavirələrdəki çıxışlarında xüsusilə gənc yazarların yaradıcılığına obyektiv yanaşmağın, əsərlərin dərin elmi təhlilinin və mövcud çatışmazlıqların göstərilməsinin vacibliyini önə çəkdiyini bildirib. Qeyd edib ki, bu yanaşma ədəbi tənqidçilərin və ədəbiyyatşünasların nüfuzunu artırmaqla yanaşı, bütövlükdə ədəbi mühitin sağlamlaşmasına xidmət edir.

Natiq vurğulayıb ki, bu müşavirələr zamanla geniş ədəbi platformaya çevrilmiş, “Ədəbiyyat qəzeti” başda olmaqla nüfuzlu mətbuat orqanlarında müzakirə mövzusuna çevrilərək cəmiyyətdə geniş əks-səda doğurmuşdur: “Ədəbi proses” adlı əsərlər toplusunda təqdim olunan məruzələrin ilbəil daha geniş ədəbi və nəzəri problemləri əhatə etməsi bu tədbirlərin əhəmiyyətini artırır”.

Rəşad Məcid qeyd edib ki, müşavirə çərçivəsində yalnız Ədəbiyyat İnstitutunun əməkdaşları deyil, digər elmi və mədəni qurumlarda çalışan ədəbiyyatşünasların da iştirakı, eləcə də müzakirələrin AYB ilə əməkdaşlıq şəraitində aparılması ölkədə ədəbiyyatşünaslıq sahəsinin inkişafına xidmət edən əsas mexanizmlərdən biridir.

Sonda o, çıxış edən məruzəçilərə və tədbirin iştirakçılarına uğurlar arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri