Rəşad Məcid: Sosial mediada məsuliyyət mexanizmi olmadığından ədəbi dil qaydalarına əməl olunmur
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
“Yeni medianın sürətli inkişafı, operativlik tələbi və tələskənlik çox vaxt ədəbi dil normalarının pozulmasına səbəb olur. Sosial mediada demək olar ki, heç bir məsuliyyət mexanizmi olmadığından, ədəbi dil qaydalarına əməl olunmur”
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid deyib.
Onun sözlərinə görə, uzun illər ərzində peşəkar redaksiyaların, xüsusilə qəzet kollektivlərinin ədəbi dil normalarının qorunması istiqamətində böyük səyləri olub. “Yazıçıların və dil mütəxəssislərinin də bu sahədə əhəmiyyətli əməyi var. Ciddi media qurumları üçün Azərbaycan ədəbi dilinin qorunması əsas prioritet olmalı, digər media tələbləri heç vaxt dilin pozulması bahasına başa gəlməməlidir”,- deyə R.Məcid əlavə edib.
Baxış sayı:90
Bu xəbər 17 Noyabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















