Rəşad Məcid: Kitab sərgisi müəlliflərlə oxucuları birləşdirən mühüm məkandır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakıda keçirilən XI Beynəlxalq Kitab Sərgisi artıq ənənəyə çevrilib. Mən indiyədək təşkil olunan sərgilərin demək olar ki, hamısında iştirak etmişəm. Son illərdə sərginin Ekspo Mərkəzində keçirilməsi də iştirakçılara xüsusi bir rahatlıq və sevinc hissi bəxş edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. Onun sözlərinə görə, tədbirin dəyəri həm müəlliflər, həm də kitaba maraq göstərən oxucuların bir məkanda toplaşmasıdır.
“Bu il də ziyarətçi çox olacaq və insanlar öz sevimli yazıçıları ilə görüşmək imkanı əldə edəcəklər. Fəxri qonaq qismində təmsil olunan Qətər dövlətinin ədəbiyyatı daha yaxından tanıdılacaq və bu ona marağın artması baxımından da önəmli hadisədir”, - deyə R.Məcid əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















