Icma.az
close
up
RU
Sosial media prinsip etibarilə məsuliyyətsiz məkandır Rəşad Məcid

Sosial media prinsip etibarilə məsuliyyətsiz məkandır Rəşad Məcid

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Jurnalistin yaydığı yanlış informasiya özünün mənfi təsirlərini ictimaiyyətdə göstərir. Əvvəldə peşəkarlıqdan söz açdıq. Məsələn, hansısa sosial şəbəkə profilində bilgi yayılır. Jurnalist ona şübhəli yanaşmağı bacarmırsa, yaxud bunu ağlından keçirmirsə, duymursa, ortada, yumşaq desəm, xoşagəlməz durum var".

 AZXEBER.COM xəbər verir ki, bu sğzləri "İki Sahil" qəzetinə müsahibəsində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O sosial şəbəkələrdə yayılan saxta xəbərlər haqda da danışıb: 

"Təəssüf ki, bu durumun ayrı-ayrı elemetlərini görürük. Burada bir çox məqamlardan söz açmaq, bir sıra problemləri sadalamaq mümkündür. Ayrı-ayrı xarakterik tendensiyaları diqqətə çatdırmaq da həmçinin. Ancaq onların hamısının üzərində dayanmağa ehtiyac yoxdur. Həm də ona görə ki, belə hallar mövzular şəklində qoyulmalı və müzakirə olunmalıdır. Məsələn, Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası bir müddət əvvəl bir məlumat yaydı. Məlumatda Gəncədə baş vermiş yeniyetmənin ölümü ətrafında yayılmış yanlış bilgilərin cəmiyyətdə doğurduğu ajiotaj diqqətə çatdırıldı, müvafiq tövsiyələr ünvanlandı. Şuranın Etika Komissiyasının da ayrı-ayrı hadisələrlə bağlı münasibəti olub".  

Sədr jurnalist peşəkarlığı haqda da danışıb: 

"Mətbuat Şurası cəmiyyətin total şəkildə yanlış məlumatlandırılması təmayüllərinə qarşı ictimai qınaq metodları ilə mübarizə aparır. Bütün bunların fonunda yenə ön plana peşəkarlıq gəlir. Nəzərə alaq ki, peşəkarlığın ən böyük göstəricisi həssaslıq və duyumdur. Jurnalist hər bir durumu hiss etməlidir. Yazdığı yazının cəmiyyət üzvlərində doğura biləcəyi mənfi və ya müsbət ovqatı hesablamağı bacarmalıdır. Bu onun məsuliyyətidir. Sosial media isə böyük ölçüdə, daha doğrusu, prinsip etibarilə məsuliyyətsiz məkandır. Bu məkanın bütün təmsilçilərindən həssaslıq tələb etmək doğru deyil. Deməli, peşəkar media malik olduğu keyfiyyətləri ön plana daşımalıdır ki, sosial media iştirakçılarının neqativ yüklü paylaşımları cəmiyyətin ümumi ahəngini pozmasın. Bu yolla jurnalist həm özünü, həm də cəmiyyəti qoruyacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri