Rəşad Nəbiyev britaniyalı nazirlə görüşdü Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın ticarət naziri Ser Kris Brayant ilə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud strateji tərəfdaşlığın daha da gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Böyük Britaniya investorları Azərbaycanda süni intellekt üzrə data mərkəzlərinin yaradılmasında iştiraka dəvət olunub. Eyni zamanda metro, dəmir yolu, dəniz və hava nəqliyyatı, eləcə də telekommunikasiya sahələrində həyata keçirilən iri infrastruktur layihələri üzrə Böyük Britaniyanın investisiya, mühəndislik və maliyyə dəstəyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:294
Bu xəbər 05 Mart 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















