Rəşad Nəbiyev pakistanlı nazirlə görüşdü
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşüb.
Görüşdə iki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda Azərbaycan və Pakistanın aviasiya operatorlarının birgə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Rəşad Nəbiyev pakistanlı nazirlə görüşdü
21 Noyabr 2024 18:41

