Icma.az
close
up
RU
Rəşad Nəbiyev yeniyetmə cüdoçularla görüşüb

Rəşad Nəbiyev yeniyetmə cüdoçularla görüşüb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət milli komandanın üzvləri və məşqçilərlə görüşüb.

Rəşad Nəbiyev komandanı 29 iyun–2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında əldə olunan tarixi nəticə münasibətilə təbrik edib. O, yarış boyunca idmançıların əzm və yüksək məsuliyyət nümayiş etdirdiklərini vurğulayaraq, son illərdə yeniyetmələr arasında qazanılan davamlı uğurların ölkədə cüdonun sistemli inkişafının göstəricisi olduğunu bildirib.

Federasiya prezidenti çıxışında cüdonun yalnız idman nəticələri ilə deyil, həm də yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, idmançıların sağlamlığının, xoşbəxtliyinin və hərtərəfli inkişafının hər zaman prioritet olduğunu vurğulayıb. Rəşad Nəbiyev peşəkar yanaşmanın erkən yaşlardan vərdişə çevrilməsinin vacibliyini diqqətə çatdıraraq, əldə olunan uğurların mükəmməlləşmə yolunda mühüm addım olduğunu və bu nəticələrin gələcəkdə daha böyük hədəflər üçün möhkəm zəmin yaratdığını bildirib.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan millisi 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanaraq 43 ölkə arasında mükafatların əyarına görə ikinci, ümumi medal sayına görə isə birinci yeri tutub.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri