Icma.az
close
up
RU
Rəşad Nəbiyev yeniyetmə və gənc cüdoçularla görüşüb

Rəşad Nəbiyev yeniyetmə və gənc cüdoçularla görüşüb

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb.

Bu barədə Modern.az-a ACF-dən məlumat verilib.

Federasiya prezidenti cüdoçuları 20–23 avqust aralığında Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında və 3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan gənclər arasında Avropa çempionatında qazandıqları nəticələr münasibətilə təbrik edib.

Rəşad Nəbiyev nəticələrlə yanaşı, idmançıların yarışlar boyunca, xüsusilə çətin məqamlarda göstərdikləri xarakterin də önəmini vurğulayıb.

ACF prezidenti qeyd edib ki, bu nəticələr Federasiyada aparılan sistemli və hərtərəfli işin göstəricisidir və qazanılan uğurlarda məşqçi heyətinin, tibbi heyətin, digər mütəxəssislərin və ümumilikdə Federasiyanın bütün əməkdaşlarının əməyi var. O, əsas hədəfin yeniyetmə və gənclər səviyyəsində qazanılan uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu bildirib.

Rəşad Nəbiyev Federasiyanın əsas prioritetlərinin dəyişmədiyini, idman nəticələri ilə yanaşı, nizam-intizam və hörmət kimi cüdo dəyərlərinə sadiqliyin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Cüdoçulara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, daim öz üzərlərində çalışmağı, həmçinin idman karyerası ilə yanaşı təhsilə də önəm verməyi tövsiyə edib.

Görüş çərçivəsində Rəşad Nəbiyev idmançılarla fərdi söhbətlər aparıb, onların hazırlıq prosesi və gələcək hədəfləri ilə maraqlanıb.

Qeyd edək ki, Azərbaycan millisi yeniyetmələr arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanaraq 59 ölkə arasında ümumi komanda hesabında beşinci yeri tutub. Gənclərdən ibarət yığma isə Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri