Icma.az
close
up
RU
Rəşad Sadıqov: Bəlkə də, millidə işləməyə razılıq verməsək, daha çox peşman olardıq Video

Rəşad Sadıqov: Bəlkə də, millidə işləməyə razılıq verməsək, daha çox peşman olardıq Video

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəşad Sadıqov: "Bəlkə də, millidə işləməyə razılıq verməsək, daha çox peşman olardıq" - Video

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov özünün U-21 millisinə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun isə əsas milliyə baş məşqçi təyinatı və gözlənilmədən vəzifəsindən göndərilməsi ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, o, İTV-nin “Off TOP” layihəsinə müsahibəsində bildirib ki, ovaxtkı AFFA rəhbərliyinin təklifini qəbul etdiyi üçün peşman deyil:

"Peşmanlıq yoxdur. Çünki danışıqlar elə formada getdi ki, bu gün də hansısa vəzifəyə o cür təklif olsa, yox deyə bilməzsən. İndi bütün söhbətlərə varmaq istəmirəm. Qurban müəllimin təyinatından sonra mən U-21-də işləməyə razılıq vermirdim. Dəfələrlə görüşlər oldu, bildirdilər ki, mütləq lazımdır, buna ehtiyac var. Bir ilin içində çəkdiyimiz əziyyətlər... Qərar gözlənilməz oldu. Həmişə Qurban müəllimlə bununla bağlı zarafat edirəm. Deyirəm ki, yeganə adamsan ki, milli komandanın baş məşqçisi kimi bir məğlubiyyətlə vəzifəndən getmisən". 

R.Sadıqov bildirib ki, AFFA-nın qərarını qəbul etməsə, bəlkə də, daha çox peşman ola bilərdi: "Mənim özümə gəldikdə, seçmə mərhələdə 5 oyunumuz olmuşdu. Toplantıda oyunlarımız müzakirə edildi və yüksək qiymətləndirildi. Növbəti seçmə mərhələ üçün qarşıma hədəf qoyuldu ki, 2-ci yeri tutmalısınız. Mən də dedim ki, heç bir zaman bu hədəf qoyulmayıb. Dedilər ki, yox, sənin burda gördüyün işlər var, hansı ki, növbəti seçmə mərhələ üçün bizdə 5-6 futbolçu oynayırdı. O baxımdan mənə dedilər ki, ikinci yeri tutmağın realdır. Mən də dedim ki, heç bir problem yoxdur, onsuz da mən bu hədəfi qarşıma qoymuşam ki, növbəti mərhələyə çıxaq. Bütün bunlardan sonra isə ani olaraq zəng vurub deyəndə ki, yollarımızı ayırırıq və səbəbi soruşanda suallarımız cavabsız qalanda peşmanlıq yox, məyusluq oldu. Amma bu bizim üçün bir həyat təcrübəsi idi, orda da müəyyən şeylər öyrəndik. Bəlkə də, ömrümüzün sonuna qədər beynimizdə sual qalacaqdı ki, niyə milliyə getmədin? Bəlkə də onun peşmanlığını daha çox çəkəçəkdik. Amma millidə çalışdıq, məsləhət görüldü ki, yollar ayrılmalıdır, biz də sakitcə geri döndük və işimizə davam etdik. Azərbaycan futboluna xidmət etməyə çalışırıq".  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://qol.az
archiveBu xəbər 31 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri