Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Bu, bəlkə də ən vacib oyunumuz olacaq”

Rəşad Sadıqov: “Bu, bəlkə də ən vacib oyunumuz olacaq”

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turunda "Turan Tovuz" ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Gərgin və hər iki komanda üçün ağır oyun keçdi. Bütün həftə ərzində bu oyuna hazırlaşırdıq. Bilirdik ki, rəqib pressinq tətbiq edən, 2-ci toplarda aktiv olan və meydanda mübarizə aparan komandadır. Ona görə həmin komponentlərdə bu gün çox yaxşı idik. Yaxşı mübarizə apardıq, intizamlı idik. 

Demək olar ki, rəqibin qol vurmağına şərait yaratmadıq. Halbuki “Turan Tovuz”un heyətində yetərincə təhlükəli futbolçu var. Onlar bir çox oyunda qol epizodları yaradıblar, təhlükəli olublar. Sadəcə hücumda daha effektiv oynayıb nəticəni öz xeyrimizə çevirə bilərdik. Ona da rəqibin kompakt oyunu imkan vermədi. Bir neçə təhlükəli epizodlarımız oldu, onda da qapıçı təhlükəli oynadı. O üzdən də oyun heç-heçə ilə bitdi. Növbəti həftə bizim  finala bərabər oyunumuz var (“Səbail”lə 18-ci tur matçı - red.). Son tur olduğunu nəzərə alsaq, avrokuboklara namizəd komandalar hamısı xal üçün oynayacaq. Premyer Liqada qalmaq üçün ölüm-dirim mübarizəsini aparan "Səbail"ə qarşı səfərdə oynayacağıq. Buna görə də, düşünürəm, "Səbail"lə oyun bizim üçün bəlkə də çempionatda ən vacib matç olacaq". 

Mütəxəssis komandasını oyuna yanaşmasından söz açıb: "Düşünürəm, futbolçular özləri də vəziyyəti başa düşürlər və üç xalın bizim üçün nə qədər önəmli olmasını bilirlər. Ümid edirəm ki, maksimum konsentrasiya ilə oyuna hazırlaşacaqlar. Futboldur, ola bilər ki, nəticə ürəkaçan, istədiyimiz kimi olmasın. Amma ən azından oyuna yanaşmamız, meydanda aparacağımız mübarizə yüksək səviyyədə olmalıdır".

R. Sadıqov transfer planlarından da danışıb: "Daxili çempionatda hər bir komandada yaxşı futbolçular var ki, heyətində görmək istəyərsən. Bir neçə futbolçu ilə bəzi mövqeləri gücləndirmək və rəqabəti artırmaq istəyərdik. Tək mən yox, bütün məşqçilər bunu istəyər. Hazırda xaricdə baxdığımız hər hansı futbolçu yoxdur. Qış dönəmində hələ ki, planımızda transfer yoxdur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Dekabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri