Icma.az
close
up
RU
Rəşad Sadıqov: Ən uğurlu Zirə budur MÜSAHİBƏ

Rəşad Sadıqov: Ən uğurlu Zirə budur MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Səbail"in Premyer Liqadan düşməsi ilə bağlı məyusluğumu bildirmək istəyirəm. Qış fasiləsindən sonra çox yaxşı, əzmkar "Səbail" var idi. Bir çox oyunda çoxlu fürsətləri qaçırdılar. Bu oyunda da, həmçinin. Düşünürəm ki, bu da Premyer Liqadan düşməklərinin əsas səbəblərindən oldu. Ümid edirəm ki, ruhdan düşməzlər. "Qəbələ" kimi böyük peşəkarlıq göstərib, Premyer Liqaya dönəcəklər. Neçə illərdir futbolumuza rəng qatırdılar. Futbolçularımı təbrik edirəm. Bugünkü oyuna köklənmək asan deyildi. Keçən tur əsas məqsədimizə nail olmuşduq. Amma futbolçularla danışığımız olub. Bu gün onlar danışıqları düzgün təhlil edib, peşəkarlıq göstərdilər. Əsas məqsəd avrokuboklara hazırlıqdır. Bizim üçün avrokubokların hazırlığının ilk hissəsi olacaq. Qapımızda təhlükəli epizodlar oldu. Top itkilərinə yol verdik. Futbolçular intizamlı idilər. Hər bir komanda bizim üçün doğmadır. Bizi qarşıda son 2 oyun gözləyir".

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 34-cü turunun "Səbail"ləc(0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

- İndiyə qədər 70 xal yığmısız. Bu haqda nə deyə bilərsiz? Uğurlu nəticənin düsturunu tapmısız?

- Keçən il də uğurlu nəticə olmuşdu. Bizim üçün xal yox, nəticənin uğurlu olması vacibdir. Keçən illə müqayisədə bu mövsüm daha yaxşı idik, uğurlu nəticələr oldu. İstəyərdik ki, çox xalımız, qələbələrimiz olsun. Xalın nə qədər olması yox, uğurlu nəticə vacibdir.

- Bu mövsümkü "Zirə" əvvəlkindən fərqlənir. Daha rənganərəng oynayır. İllər ərzində inkişaf mərhələsini keçdiz ki, zirəvəyə çatdız, yoxsa bu mövsüm istədiyiniz komanda var idi əlinizin altında?

- Futbolda bəzi təhlillərlə razı deyiləm. Onu da tam ortaya çıxarmaq üçün saatlarla zaman lazımdır. Mətbuat konfransı kifayət etməyəcək. Bizdə 90 dəqiqə necə bitib, ona baxılır və şərhlər başlayır. Birinci ildə həmin məqam üçün, həmin heyət üçün, qısa zaman üçün əla nəticə idi, 4-cü olduq. Kimlərsə unudub, mən unutmamışam, hakim səhvləri çox idi. Kuboku qazana da bilərdik. "Sumqayıt"la qarşılaşacaqdıq. 5 ili ümumi təhlil etsəm, hər ilin özünə görə yeri olub. 5-ci yeri tutduğumuz il uğursuz olub. Bu il demək olar ki, çox nadir hallarda hakim səhvləri olurdu. Keçən il demişdim ki, düzələcək. İki dəfə finalda oynamışıq, hər ikisində də şansımız olub ki, qalib gələk. Hər dönəmin özünə görə uğurlu "Zirə"si olub. Səhvlərimiz də olub. Ümumi təhlil etsək, bir mövsümü uğursuz hesab etmək olar. Onda da 5-ci yeri tutmuşduq, 4-cü yerlə eyni xalda idik. Hər şeyi dərin təhlil etmək lazımdır. Bəzi futbolçuların adları qabardılır, o futbolçu, bu futbolçu. Yaxşı olardı ki, o fubtolçuların "Zirə"yə gəldiyi vaxtdakı durumu təhlil olunsun. Əslində bu şeylərin içində böyüyən biriyəm. Demək ki, ən uğurlu "Zirə" budur. Hər dönəmin öz "Zirə"si olub. Legioner limiti ləğv olunub, rəqiblərin hamısı bundan səmərəli istifadə edəcəklər. Bu sezon da uğursuz dönəm oldu, amma azarkeşlər yanımızda olub. Bu gün hər şey yaxşı alındı deyə, danışmaq rahatdır. Hər nəticəyə hazır olmalıyıq. Hər nəticə zamanı da duruşumuzu itirməməliyik.

- Yeni sezon da süni örtüklü meydançaları olan Premyer Liqa klubları olacaq. "Karvan" və "İmişli"nin süni örtüklü meydançada oynayacağı gözlənilir...

- Bu da aktual mövzudur. Çünki bəzi komandalarımız yaxşı, iddialı transferlər edirlər. Bizi sevindirir. Onların da yaxşı performans göstərməsi üçün şərtdir ki, meydanaça şəraiti yaxşı olsun. Tribuna, stadion bir-birini tamamlayır. Süni örtüklü meydanalar azalmalıdır. "Kəpəz"in meydançası var, "Turan Tovuz" təbii örtüyə keçə bilər. Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik. İstər əsas komandalar, istər akademiyalar süni örtükdən çıxmalıdır. Futbolumuzun inkişafına mane olur. Usta futbolçular süni örtüklü meydançada ehtiyat edirlər. Təbii olaraq belədir. Bizim özümüzdə Yusuf Laval ustalığını bilirik, Portuqaliyadan gətirmişik. Əzələ əməliyyatı ilə qarşılaşdıq. "Turan Tovuz"da Denis Marandiçinin zədəsi. Növbəti dəfə qorxa-qorxa oynayırlar. Bunu birlikdə həll etməliyik. Hamısına vəsait lazımdır. AFFA bu yöndə işlər görür, istəyir ki, bütün komandalar təbii örtüklüdə çıxış etsin. İnanıram ki, yaxın illərdə süni örtükdən qurtulacağıq.

- "Qarabağ"dan sonra ən çox qol vuran komanda "Zirə"dir. Bu mövsüm özünüzü necə tənqid edərdiz?

- Həmişə təhlil edirik. Qələbə qazananda da axtarırıq ki, hansı dəqiqədə nəyi düzgün etmədik. Avrokuboklarda 2-3 uğurlu çıxışdan sonra komandada eniş yaşandı. Məni narahat edən o idi ki, eniş nə ilə bağlıdır. Komanda mübarizə aparırdı. Amma mental hazırlıqda eniş var idi. O mərhələni keçdik. Amma onu təhlil edirik. Əvvəlki illərdə qış fasləsindən sonra komandada eniş olurdu. Bu dəfə bəzi məqamlara diqqət yetirdik ki, eniş olmasın. Təhlillərin, məşqlərin sayını artırdıq. İkinci yeri tutmağımızda həlledici məqam 3-cü dövrəni uğurlu keçirməyimiz oldu. Uğurlu olursansa, rəqiblərə də təsir edir. 3-cü və 4-cü dövrədə bəzi matçlara uğursuz başlayırdıq.

- Tyaqo Silvanın durumu necədir? Aydın Bayramovun daha çox şans qazanması, onun psixoloji durumuna nə yöndə təsir edir?

- Tyaqonun psixoloji durumunda eniş var. Onunla təklikdə görüşlərimiz çox olub. Hər zaman demişik ki, "1 nömrəli" qapıçımız sənsən. Bu gün onu oynatmaq istəyirəm, amma yerli məsələsi var. Çox istəyərdik ki, növbəti matçlarda qapıda Tyaqo dayansın. O, bizim üçün dəyərlidir. Bəzən elə vəziyyətlər yaranır, istəmədən qərarlar verirsən. Amma Aydını da qazandıq. 30 uğurlu oyun keçirib. Biri var 7-8-ci yerlərdə olan komandadasan. Biri də var, 2-ci yeri tutan komandada qapıda dayanırsan. Növbəti mövsümdə sağlam rəqabət olacaq. Hər bir mövqedə rəqabət var. Hansısa oyunçuda eniş varsa, dərhal həmlə edirik. Bizim üçün komandada əvəzolunmaz futbolçu yoxdur. Futbolçularımız qəbul edir, anlayır. Ən yaxşısını edirlər. Ola bilər ki, bu gün formada deyilsən, yerinə başqa oyunçu oynayacaq.

- Çempionlar Liqasıın yarımfinal matçlarından sonra bu deyim zarafat çevrilib ki, finalda gürcü, rus, erməni, iranlı oynayır, amma biz yoxuq. Bizim ömrümüz yetəcək ki, nə vaxtsa bir azərbaycanlını finalda görək?

- Yetəcək. Amma işlər qaydasında getsə. Bu gün onların finalda olub, bizim olmamağımız buraxdığımız müəyyən səhvlərin nəticəsidir. O yaş dönəmində vaxt olub ki, hamı ilə başabaş mübarizə aparmışıq. Onlar ÇL-in finalında oynayır, biz Azərbaycandan kənara çıxa bilmirik. Kim deyirsə ki, futbolçu yoxdur bizdə, Azərbaycan futbolunun düşmənidir. Bizdə hər zaman futbolçu olub. Yetişdirib, onları inkişaf etdirmək lazımdır. Biz qollarımızı çırmalasaq, hamı öz işi ilə düzgün məşğul olsa, illər sonra bizim futbolçularımız da Avropada çıxış edəcək. Aşağı yaş qruplarından başlamalıyıq, düzgün işlər görməliyik. Xəyal Əliyev ("Sabah") çıxdı da Azərbaycan futbolundan. İstedadlı oyunçularımız Gürcüstan və Ermənsitandakından daha çoxdur.

- Düzgün inkişaf nədir?

- Uzun məsələdir. Aşağı yaş qruplarından başlamalıyıq. Məşqçilər, uşaqlar, məşqçilərə yaradılacaq şərait. Cürbəcür yolları var inkişafın. AFFA rəhbərliyi o yöndə işlər görür. Yaxın günlərdə o işlərin icrası başlayacaq. 6-7 il sonra bəhrəsini görəcəyik. Heyif bizim istedadlı oyunçularımızdan. Son 10 ildə 50 istedadlı oyunçu olub, Avropada oynamağa layiq idilər. Amma bəzi işlər doğru görülmədiş

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 May 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see190

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see144

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see142

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see140

Ağ Ev dən liderlərin görüşü ilə bağlı açıqlama: “Bu halda..” KONKRET

13 Avqust 2025 15:59see125

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see123

Samiraldo yenə gündəmdə Görünüşü və ifası izləyiciləri iki yerə böldü + VİDEO

13 Avqust 2025 17:35see120

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see120

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see120

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see119

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see119

ABŞ varlıları genetik super kasta yaradır Ağıllı uşaq üçün 50 min dollar

13 Avqust 2025 17:07see118

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see118

Azərbaycanda abortların sayı açıqlandı Yeniyetmələr də var

13 Avqust 2025 19:08see117

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see116

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see116

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see115

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see115

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see115

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri