Icma.az
close
up
RU
Rəşad Sadıqov: Kubokun finalı avrokuboklar yolunda bizim üçün son şansdır

Rəşad Sadıqov: Kubokun finalı avrokuboklar yolunda bizim üçün son şansdır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Sabah bizi olduqca önəmli qarşılaşma gözləyir. Yaxşı və baxımlı oyun göstərmək istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında “Sabah” ilə keçiriləcək görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, komandada müəyyən qədər yorğunluğun olduğunu söyləyib: “Könül istərdi ki, matça hazırlaşmağa daha çox vaxtımız olsun. Çox stressli oyunlar keçirdik. Sabah 40-cı gün olacaq ki, 9-cu oyunumuza çıxacağıq. Premyer Liqada “İmişli” ilə səfərdə ağır görüş keçirdik. Komandamızda müəyyən problemlər var. Yaxşı məşqçi və futbolçu heyətinə malik komandaya qarşı oynayacağıq. Əlimizdən gələnin ən yaxşısını edib qalib olmağa çalışacağıq. Hədəflərimiz var və çalışacağıq ki, ilk dəqiqələrdən meydanda özümüzü yaxşı tərəfdən göstərə bilək”.

Mütəxəssis “Zirə”nin kubokun finallarında hər zaman güclü komandalarla üz-üzə gəldiyini söyləyib: “Daha əvvəl kubokun finalında “Qarabağ” kimi güclü kollektivlə qarşılaşmışdıq. “Sabah”ın da gücünə bələdik. Rəqib komandanın baş məşqçisi karyerasında 9 titul qazanıb. Kifayət qədər təcrübəli mütəxəssisdir. Ona və ustalığına böyük hörmətim var. Sevinirəm ki, çempionatımızda belə məşqçilər var. Bu mövsüm də çempionatın qalibi olublar. Bizim itirəcək çox şeyimiz var. Bu baxımdan “Sabah”la görüş avrokuboklar yolunda bizim üçün son şansdır”.

Onun sözlərinə görə, finalda məğlub olmaları 4 komandaya müsbət təsir edir: “Bu amil bizə xüsusi motivasiya vermir, ya da bizə pis təsir etmir. Bu barədə futbolçularımızla da söhbət etmişik. Belə situasiya yaranıb ki, məğlub olmağımız 4 komandaya sərf edir. Amma biz öz oyunumuza köklənmişik və qələbə qazanmaq istəyirik”.

R.Sadıqov penaltilər seriyasına hazırlaşdıqlarını vurğulayıb: “Biz də istərdik ki, oyunun taleyi ilk 90 dəqiqədə həll olunsun. Amma penaltilər seriyasına getmək hər bir halda bizim üçün uğurlu nəticə hesab oluna bilər. Rəqib komandanın baş məşqçisi penaltilər seriyasına hazırlaşmadıqlarını bildirib. Onun yerində olsaydım, mən də belə düşünərdim. Sabahkı nəticədən asılı olmayaraq, futbolçularıma indiyədək göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm və onlarla qürur duyuram”.

Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.

Operator - Şövqi Əzizov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri