Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Avrokuboklar bizim əsas məqsədimizdir”

Rəşad Sadıqov: “Avrokuboklar bizim əsas məqsədimizdir”

Icma.az, Apasport saytına istinadən bildirir.

Misli Premyer Liqasının XX turunun "Zirə" - "Karvan-Yevlax" matçından (1:0) sonra ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Gərgin oyun keçdi. Gözləntilərimiz də bu idi. Rəqibimiz hər oyuna "ölüm-qalım" mübarizəsi ilə çıxır. Hər xal onlar üçün çox önəmlidir. Bilirdik ki, qarşımızda möhkəm komanda olacaq. Müdafiə davranışları fərqli idi, daha kompakt oynadılar. Oyunboyu yaxşı hücumlarımız var idi. 2-ci və ya 3-cü qolu vursaydıq, matç daha rahat keçərdi. Amma vacib olan odur ki, qalib gəldik. Rəqibə qol epizodu vermədik. Futbolçularımı təbrik edirəm. Çox vacib və stressli görüşdə qələbə qazandıq".

- Anatoli Nuriyevin transferi necə reallaşdı? 
- Futbolçu olaraq onu həmişə bəyənmişəm. "Sabah"a müraciət etdik və buna "hə" dedilər. Nuriyevin keçidinə razı oldular. Bizim üçün vacib transfer idi. Buna görə "Sabah"a təşəkkür edirəm. Yaxından və yaxşı tanıdığım oyunçudur. Son vaxtlarda az oynayıb. Amma zamanla daha yaxşı formaya düşəcək.

- Bu heyət istədiyinizi reallaşdırmağa imkan verir? 
- İstədiyimiz ən azından avrokuboklara düşməkdir. Çox istəyərdik ki, Avropaya gedək. Paralel olaraq, rəqabət bu mövsüm daha fərqlidir. İki komanda çempionluq uğrunda mübarizə aparır, digər 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. Rəqiblərimizin də yaxşı heyəti var. Yaxşı performans göstərilər. İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək. Ən vacib olan zədəlilərimizin az olması, futbolçuların yaxşı formada olmasıdır.

“Kəpəz”dən yeni transfer "Qarabağ"dan vacib 3 xal - YENİLƏNİB “Neftçi”də 3 yeni legioner “Araz-Naxçıvan”dan yeni transfer "Neftçi"dən 8 qollu qələbə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Fevral 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri