Icma.az
close
up
RU
Rəşad Sadıqov Qurban Qurbanov üzərində tarixi qələbə qazana bilər!

Rəşad Sadıqov Qurban Qurbanov üzərində tarixi qələbə qazana bilər!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli premyer-liqasında 21-ci turun ilk iki matçı geridə qaldı.

"Football-plus.az" xəbər verir ki, bu gün və sabah keçiriləcək oyunlarla daha bir futbol həftəsi başa çatacaq. Görüşlər “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
3-cü dövrə, 21-ci tur
1 fevral
Turan Tovuz – Səbail

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 5:+2=2-1, 9:8.
2022/23 – 2:2, 2:2; 2023/24 – 1:3, 3:1; 2024/25 – 1:0.
Cəzalı: Rəhim Sadıxov (Turan Tovuz).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: TURAL QURBANOV, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz, şəhər stadionu. Saat 16.00.
“Turan Tovuz” ötən həftə “Qarabağ”ın meydanından qalib ayrılmaqla Qərb derbisində üzləşdiyi fiaskonun günahını yudu. İndi yerli azarkeşlər komandanın ətrafında daha sıx birləşib. Bu üzdən onların stadionda rəqib üçün daha gərgin ab-hava yaradacığını güman etmək olar. Ümumiyyətlə, “bozqurd” “avrokubok zonası”nda yerini möhkəmləndirməyə davam edir. Rəqibin autsayderlər sırasında qərarlaşan “Səbail” olduğunu nəzərə alsaq, meydan sahiblərinin növbəti dəfə uğurlu nəticə qazanacağına inanmaq olar. Amma Tovuz təmsilçisi bir çox komandalarımızın yol verdiyi səhvi təkrarlamamalı, daha doğrusu, arxayınlaşmamalıdı. Ona görə ki, “dənizçilər” mövsümün ikinci yarısına inamlı başlayıb. İlk iki matçda maksimum nəticə qazanan komanda rəqib meydanından azı bir xalla ayrılmağa çalışacaq. Həmçinin Cavid Hüseynov vaxtilə yardım etdiyi Kurban Berdıyevin taktiki incəliklərindən xəbərdardı. Deməli, Tovuzdakı matçın hansı sonluqla bitəcəyini təxmin etmək elə də asan deyil.
Komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 3-də “bozqurd”, 2-də “dənizçilər” qalib gəlib, 5-də “sülh” qeydə alınıb. Topların nisbətində “Turan Tovuz”un cüzi üstünlüyü var – 14:13.
Sumqayıt – Araz-Naxçıvan
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+2=0-1, 3:1.
2023/24 – 2:0, 1:0; 2024/25 – 0:1.
Cəzalı: yoxdu.
“Fubol+”in proqnozu: 20-40-40.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 18.30.
“Sumqayıt” Masazırda “Sabah”a qarşı göstərdiyi oyunla hücum, xüsusilə müdafiə planında irəliləyişə nail olduğunu ortaya qoydu. Bəlkə də komanda ardıcıl xallar qazanmaqla avrokuboklar uğrunda mübarizəyə qoşulmaq arzusundadı. Təbii ki, bunun üçün ilk “dördlük”də qərarlaşan rəqiblərə qarşı mübarizədə ehtiyatlı olmaq, onları büdrətməyin yolunu tapmaq lazımdı. Bu baxımdan “doğma divarlar” arasında keçiriləcək matçın nəticəsi çox önəmlidi. Vaqif Cavadov komandasını qələbəyə kökləməli, güclü “Araz-Naxçıvan” yenməklə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışmalıdı. “Qırmızı-ağlar” isə 2-ci pillədəki yerindən vaz keçmək istəmir. Ardıcıl məğlubiyyətlər üzündən sarsılan kollektiv “Neftçi”nin ardından “Sumqayıt”ı məğlub etməklə xal ehtiyatını artırmalı, “Zirə”nin onu qabaqlamasına imkan verməməlidi. Hər halda, Sumqayıtdakı oyunda üz-üzə gələcək komandalar təslim olmaqdan yox, sona qədər mübarizə aparmaqdan yana olacaq.
Komandalar indiyə qədər 6 dəfə qarşılaşıb. Bunların 2-də “Sumqayıt”, 2-də “Araz-Naxçıvan” qalib gəlib, 2-də hərəyə 1 xal düşüb. Topların nisbətində “gənclik şəhəri”nin təmsilçisi öndədi – 5:4.
2 fevral
Zirə – Qarabağ

“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 19:+0=4-15, 7:46.
2015/16 – 0:0, 0:2; 2016/17 – 0:2, 0:0; 2017/18 – 2:3, 1:2; 2018/19 – 0:6, 0:3; 2019/20 – 1:3, 0:6; 2020/21 – 0:0, 0:2; 2021/22 – 1:1, 0:3; 2022/23 – 1:7, 0:1; 2023/24 – 0:1, 0:1; 2024/25 – 1:3.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Elçin Məsiyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.00.
Göründüyü kimi, tura sabah Zirədə yekun vurulacaq. Burda qəsəbənin eyniadlı təmsilçisiylə “Qarabağ” qarşılaşacaq. Düzü, bu komandaların oyununun gözlənilən nəticəsi haqda dəqiq danışmaq mümkün idi. Lakin indi durum fərqlidi. “Qartallar” rəqibə düzgün yanaşa bilsə, daha dəqiqi, artıq bariz görünən çatışmazlıqlarından, psixoloji eniş yaşamasından faydalansa, tarixində ilk dəfə meydanından məğlub yola sala bilər. Ona görə ki, “Zirə”ni çətin Yunanıstan səfərində böyükhesablı məğlubiyyətlə üzləşən, vətənə yorğun qayıdan, elə premyer-liqada keçirdiyi son matçda da uduzan “Qarabağ” gözləyir. “Köhlən atlar”a gəlincə, Qurban Qurbanov komandasının ötən həftə yaşadığı xal itkisindən düzgün nəticə çıxarmağa, hadisələrin axarının çempionluq məqsədinin təhlükə altına düşməsiylə nəticələnə biləcəyini hesablamağa məcburdu. Əks halda, çoxuna inandırıcı görünməsə də, böhran yaşayan ağdamlılar daha çətin günlər görəcək.
Bu komandalar indiyə qədər 37 dəfə qarşılaşıb. Bunların 1-də “Zirə”, 25-də “Qarabağ” qələbə qazanıb, 5-də qalib müəyyənləşməyib. Topların nisbətində “köhlən atlar” öndədi – 77:18.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Fevral 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri