Icma.az
close
up
RU
“Qurban Qurbanov mənim üçün məktəbdir” Rəşad Sadıqov+Video

“Qurban Qurbanov mənim üçün məktəbdir” Rəşad Sadıqov+Video

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Zirə” Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gözlədiyimiz kimi çətin oyun oldu. Rəqib qış fasiləsindən sonra evdə məğlub olmamışdı. Bilirdik ki, "Kəpəz" əzmkar mübarizə aparacaq. Üstünlük yaratmaq üçün əlimizdən gələni etdik. Oyuna yaxşı başladıq. Rəqib bizə oynamağa çox da rahat imkan vermirdi. İkinci hissənin əvvəlində sürəti artırdıq. O dəqiqələrdə qol vurduq. Daha sonra yaxşı əks-hücumlarımız oldu. İkinci qolu vurdsaydıq, bizim üçün daha rahat olardı. Qarşıda bizi 4 oyun gözləyir. Hər matçda yaxşı performans göstərməliyik.

- Avrokuboklarda hansı yeniliklərlə gedəcəksiz?

- Avropa Liqası üçün 3 komandanın şansı var. Hər üç komanda sona qədər mübarizə aparacaq. Qarşımıza qoyulan hədəf avrokuboklar idi. Medal qazanaraq bunu etmək sevindirici haldır. İkinci yeri tutmaq istəyirik. Necə olacağını zaman göstərəcək. "Araz-Naxçıvan" sona qədər təslim olmayacaq.

- Qurban Qurbanov və siz uzun müddətdir bir komandada işləyirsiz. Niyə digər klublarımız baş məşqçilərə bu qədər çox şans vermir?

- Klublarımız daha çox yerli məşqçilərə güvənir. Mən şəxsən yerli mütəxəssislərin gördüyü işlərlə fəxr edirəm. Hamını bir-bir qeyd edə bilərəm. Göstərdikləri iş qürurvericidir.

- Avrokuboklarda hədəfiniz nə olacaq?

- Bu gün bir tur keçəndə uğur sayılır. Bunun da səbəbi reytinqimizin aşağı olmasıdır. Reytinqimizi gücləndirməliyik ki, ilkin mərhələlərdə uyğun rəqiblər olsun. Cırmaqlaya-cırmaqlaya reytinq xalları toplamalıyıq. Avrokuboklarada uğur əldə etmək asan deyil. Bu il üzərimizdə təzyiq olacaq. Çünki, keçən il pley-off mərhələsinə yüksəlmişdik. Hər şeyi zaman göstərəcək. İstəyərik ki, güclənək. Bu gün klubun bizə yaratdığı şəraitdən razıyam. Bir az da güclənə bilsək, yaxşı olar. Bu həftədən yavaş-yavaş işlərə başlayacağıq. Dünən avrokuboklarda iştirakımız təsdiqlənəndən sonra maraqlandım ki, Konfrans Liqasında ilk oyun nə vaxtdır. Hazrda bizim üçün prioritet çempionatda ikinci yeri tutmaqdır.

- Ötən mövsüm “Zirə” daha praqmatik oynayırdı. Bu mövsüm isə həm naxımlı oyun var, həm də nəticə. Oyun fəlsəfənizi komandaya aşılaya bilmisiz?

- Keçən il kim bizdən yaxşı oynayırdı? Hamı nəticə qazanmaq istəyir. Hamımız istəyirik ki, həm gözəl futbol oynayaq, həm də nəticələrimiz yaxşı olsun. Bu il risk etdiyimiz məqamlar daha çoxdur. Hərşeyin vaxtı var. Mənim üçün “Qarabağ”, Qurban Qurbanov bir məktəbdir. İnşallah biz də bir gün o səviyyəyə gələrik. Həm nətəcələrimiz yaxşı olar, həm oyunumuz hamını məmnun edər. Futbolçularımdan çox razıyam. Ötən mövsümü 8-9-cu yerdə bitirən klublardan futbolçular transfer etmişik. Biz iddialı transferlər etməmişik. Gücümüzə, imkanlarımıza uyğun yaxşı komanda formalaşdırmağa çalışırıq.

- “Zirə” nə vaxt yüksək məbləğlər ödəyib transferlər edə biləcək?

- Vacib olan odur ki, transfer etdiyin futbolçular uğurlu olsun. Bu il kiçik büdcə ilə çox uğurlu transferlər etmişik. Bəlkə də böyük pullar xərcləsəydik, belə uğurlu olmazdı. Bəzən elə oyunçular olur ki, heyətinə qatmaq istəyirsən, amma istədiyi məbləği verə bilmirsən. Nə vaxtsa elə imkanlarımız olar, biz də bahalı transfelər edərik. Amma bu gün də rəhbərlikdən razıyıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Aprel 2025 03:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri