Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Sabah”ın da, “Neftçi”nin də avrokuboklarda olmasını istəyərəm

Rəşad Sadıqov: “Sabah”ın da, “Neftçi”nin də avrokuboklarda olmasını istəyərəm

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Zirə" Misli Premyer Liqasının 35-ci turunda öz meydanında "Sabah"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqiv matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Futbol oynamağa çalışırdılar. İkinci yeri təmin etsək də, oyuna tam gücümüzlə hazırlaşmışdıq. Nəticədən çox, oyun bizim üçün vacib idi. İkinci hissədə daha çox tələb etdiyim oyunu gördüm. Üstün tərəf biz idik. Faydalı, səmərəli 90 dəqiqə keçirdik. Oyunçularımdan razıyam.

- İki il bundan qabaq daha çox “Qəbələ”nin oyunçularını heyətinizə qatmışdız. Ötən mövsüm “Kəpəz”dən ayrılan oyunçuları götürdünüz. Bu mövsüm hədəfdə hansı komandadır?

- Bütün komandaların müqavilələri bitmiş oyunçularını nəzərdə saxlayırıq. Seleksiyamızda belə oyunçular var. Hansısa komandadna oyunçu götürmək hədəfimiz yoxdur. Bəyəndiyimiz futbolçunu götürmək istəyirik. Bəyəndiklərimiz çoxdur. Hansı mövqelərə ehtiyac varsa, müqaviləsi bitmiş çempionatımızda oyunçu varsa, onu götürmək istəyərik.

- 71 xal yığmağınızda “Qarabağ”ın rolu nə dərəcədə var? Rəqibləriniz meydança tapmayanda, “Qarabağ” sizin üçün şərait yaradırdı…

- Təbii olaraq, “Qarabağ”a böyük təşəkkür edirik. Bakı komandaları hərə bir yolla prblemi çözməyə çalışırdı. Bizim də qaldığımız otel Suraxanı meydançasına yaxındır. “Neftçi” rəhbərliyinə də təşəkkür edirəm. Bir neçə məşqi orada keçirdik. Əminəm ki, əksinə olsaydı, eynisini biz də edərdik. Futbolçu yoxluğunu həll etmək olar, meydança yoxluğunu həll etmək mümkün deyil. Hər iki kluba təşəkkür edirəm. Ciddi problemdir. Ümidvaram ki, gələn mövsümdən problem aradan qalxacaq. Biz də istəyirik öz bazamız olsun. Çətindir. Böyük maddiyyat tələb edir. Çlaışacağıq ki, bunu həll edək.

- Əvvəllər deyilirdi ki, baza üçün yer var. Nə yerdədir o məsələ?

- Biz o yeri götürmüşük. Alınıb. Orada böyük baza inşa etmək istəyirik. Bu və ya növbəti sezon həll etməyə çalışırıq. 

- Kubokun finalında “Qarabağ”ın udmasını arzulayacaqsız?

- Bizim yerimizdə kim olsa, Avropa Liqasına getmək istəyər. “Sabah”ın da, “Neftçi”nin də avrokuboklarda olmasını istəyərəm. "Turan Tovuz" və "Araz-Naxçıvan" da layiqdir. Bu mövsüm avrokuboklarda oynamağa layiq komandalar çoxdur. İlk növbədə gözəl futbola azarkeşlik edəcəm. Avropa Liqasına getmək istəyərik. Orada bir oyun uduzmaq imkanın var. Amma “Sabah”ın da avrokuboklarda olmasını istəyərdim.

- Deyəsən, müqaviləniz başa çatır. Danışıqlar olub?

- Heç bir danışıq olmayıb. Rəhbərlik nə qədər istəyirsə, bu komandada olacam. Bu komandaya gəlməkdə əsas məsələ də rəhbərliyin istəyi idi. Müəyyən planlar var onu, müzakirə etməmişik. Yaxın vaxtlarda danışacağıq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 May 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri