Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Sabah”ın gücü hamıya bəllidir

Rəşad Sadıqov: “Sabah”ın gücü hamıya bəllidir

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının IV turunda keçirilən “Sabah” – “Zirə” (5:0) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə ağır məğlubiyyəti şərh etdi:

– Oyuna fəal başladıq. Topa nəzarət etməyə çalışırdıq və bu, pis də alınmırdı, lakin rəqib ilk hücumunda fərqləndi. Bir neçə dəqiqə keçdikdən sonra isə kobud səhvə yol verdik. Penaltidən sonra hesabı 2:0 etdilər. Belə halda oynamaq çətin oldu, amma futbolçular özlərində güc tapıb mübarizəni davam etdirdilər. Hesabın 5:0 olmasına baxmayaraq, oyunçuların göstərdiyi oyundan narazı deyiləm. Topa nəzarət bəzən onlarda, bəzən isə bizdə idi. Demək olar ki, bərabər səviyyədə mübarizə gedirdi. Qol epizodları yaratmaqda da eyni səviyyədə idik. Onlar 5-6 şansdan istifadə etdilər, bizim də 4-5 yaxşı epizodumuz oldu. Bu gün iki komanda arasında yeganə fərq bitiricilik idi. Müdafiədə buraxılan kobud səhvlər və son zərbələrdəki dəqiqsizlik nəticəyə təsir etdi. “Sabah”a qarşı daha hücuma meylli, açıq futbol oynamağa çalışdıq və oyun planında hər şey pis deyildi. “Sabah”ı layiqli qələbə münasibətilə təbrik edirəm. Onlara beş gündən sonra səfərdə keçirəcəkləri “Mançester Yunayted”lə matçda da uğurlar arzulayıram.

Rəşad Sadıqov ardınca jurnalistlərin suallarını cavablandırdı:

– İlk üç turdakı silsilə qələbələrdən sonra lider olmaq futbolçularda arxayınçılıq yarada bilərdi?

– Xeyr, bunu heç hiss etmədim. İndi soyunub-geyinmə otağında da futbolçulara bildirdim ki, oyundan, davranışınızdan və mübarizənizdən narazı qalmadım. Yeganə problem ikinci və üçüncü qollarda buraxdığımız sadə səhvlər və dəyərləndirilməyən epizodlar idi. “Sabah”ın gücü hamıya bəllidir, amma buna baxmayaraq oyunçular meydanda özlərini yaxşı göstərdilər. Hesab 5:0 olsa belə, bu matçdan pozitiv enerji ilə ayrılıram. Lazımi nəticəni çıxarıb, səhvlər üzərində işləyərək daha güclü qayıdacağıq.

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Sentyabr 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri