Icma.az
close
up
RU
Rəşad Sadıqov Sumqayıt la oyundan sonra nə danışdı?

Rəşad Sadıqov Sumqayıt la oyundan sonra nə danışdı?

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 31-ci turunda “Zirə” doğma meydanda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

– İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Vacib üç xal qazandıq. Birinci hissə bizim üçün daha rahat keçirdi. 2 top fərqi ilə irəlidə idik. “Sumqayıt” haqda oyunçularımıza məlumat vermişdik. Onlara baxımlı və rəngarəng futbol oynayan komanda olduğunu demişdik. Vaqif Cavadov çox yaxşı işlər görür. İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra müəyyən stress yarandı. “Sumqayıt” irəli getməyə başladı, hücum potensialını artırdı. Biz də daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. “Sumayıt” da hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq.

– Qalib gəlməsəydiz, “Qarabağ” çempion olacaqdı. Bu məqam motivasiyasınızı artırırdı? 
– Bu barədə heç düşünmürdük. Aydın məsələdir onlar çempiondur. Biz yalnız avrokuboklar haqda düşünürük. İkinci qolu buraxsaydıq da, futbolçularıma qəzəblənməyəcəkdim. Son turlar yaxınlaşdıqca,müəyyən stress olacaq.

– “Kocaelispor” yenidən Superliqaya qayıtdı. 16 il qabaq onlar son dəfə Superliqada olanda, siz də orada oynamışdız…  
– Çox sevindim. O komanda yüksək liqada oynamağa layiqdir. Azarkeşlər adına da çox sevindim. Möhtəşəm stadion tikilib. “Bursaspor”, Kocaelispor” kimi komandalara yüksək liqada oynamağa layiqdirlər.

– Ötən həftə Neftçi ilə oyunda Stefan Akaya qarşı  rəqib azarkeşlər tərəfindən irqçilik edilmişdi. Bu gün Aka oyunu tribunadan izləyirdi. Onun psixoloji və fiziki durumu nə yerdədir?
– O epizod haqda hansısa məlumatım yoxdur. Bu haqda məlumatsızam. Zədəli olduğu “Neftçi” ilə matçda dəyişmək istəyirdik. 2-3 həftə oynamayacaq. Aka çox gözəl qəlbli, xarakterli insandır. Açığı irqçi şüarları eşitməmişəm. Bəlkə bir nəfər deyib. Bunu da sırf “Neftçi” azarkeşlərinə bağlamaq olmaz.

– Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, sizin yerlilərlə bağlı planlarınıza təsir edəcək?
– Yox, planlarımızı dəyişmir. Rəqabət olacaq. Biz DAK-la avrokub matçında səfərdə 5 yerli ilə oynamışdıq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var.  

– Danışıq apardığınız futbolçular var?
– Bəli, danışıq apardıqlarımız var. Danışacağımız futbolçular var. Amma çox futbolçu bizimlə davam edəcək. (Sportal)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Aprel 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri