Icma.az
close
up
RU
Rəşad Sadıqov “Qarabağ”la matçdan danışdı

Rəşad Sadıqov “Qarabağ”la matçdan danışdı

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Düşündüyümdən də səmərəli oyun alındı”.

"Ölkə.az" xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la yoxlama oyunundan sonra deyib.

4:3 hesabı ilə başa çatan qarşılaşmadan sonra mütəxəssis komandasının hazırlıq prosesini və futbolçuların çıxışını dəyərləndirib:

“Düşündüyümdən də səmərəli oyun alındı. Hazırlığa gec başlamışıq, amma əslində planlaşdırdığımızdan da tez start verdik. Ayın 25-də başlamağı düşünürdük, sonra müəyyən səbəblərə görə plan dəyişdi. Buna baxmayaraq, futbolçular bu gün yüksək peşəkarlıq və əzmkarlıq göstərdilər. Düşünürəm ki, olduqca səmərəli oyun alındı. Futbolçular istədiyimiz yükləməni ala bildilər”.

Baş məşqçi avrokuboklardakı rəqibləri barədə də danışıb:

“Rəqib haqqında məlumatlar toplamağa başlamışıq. Onlar artıq 17 oyun keçiriblər, qarşıda bir oyunları da var. Bizimlə matça qədər çempionat oyunları olmayacaq. Bu baxımdan proqram onlar üçün daha uyğundur. Çempionatın davam etməsi onlara üstünlükdür. Üstəlik, bizimlə oyun öncəsi fasilənin olması da daha yaxşı hazırlaşmaları üçün şərait yaradır”.

Rəşad Sadıqov komandasını gərgin oyunların gözlədiyini vurğulayıb:

“Təcrübəli futbolçulardan qurulmuş komandadır. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir. Burada vacib olan birinci oyundur. Hansı komanda öz keyfiyyətləri üzərindən daha yaxşı oynaya biləcək? Bizi iki gərgin və maraqlı oyun gözləyir”.

Mütəxəssis komandadan ayrılan futbolçular barədə də fikirlərini bölüşüb:

“Tiago Silvanın da, Qomesin də komandada qalmasını istəyirdim. Əlavə transferlər etməyi planlaşdırırdıq və yenə də planlaşdırırıq. Hər ikisi ilə danışığımız oldu, qalmaqlarını istəyirdik. Amma fərqli qərar qəbul etdilər. Mən onların qərarını anlayışla qarşılayıram və gələcək karyeralarında uğurlar arzulayıram. Xüsusilə bu iki futbolçuya qarşı böyük simpatiyam var idi. Bəlkə gələcəkdə yenə birlikdə işləmək qismət olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 İyun 2026 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri