Icma.az
close
up
RU
Rəşas Sadıqov: Volkov və Papunaşvilinin əlavə məlumat verməyinə ehtiyac yoxdur

Rəşas Sadıqov: Volkov və Papunaşvilinin əlavə məlumat verməyinə ehtiyac yoxdur

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Zirə" sabah UEFA Konfrans Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Gürcüstanın "Torpedo" klubunu qəbul edəcək.
Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sabah bizi "Torpedo"ya qarşı olduqca önəmli oyun gözləyir. Qısa müddətdə hazırlığımızı tamamladıq. İstəyirik ki, sabah ən azından əlverişli nəticə əldə edib, səfər oyununa üstün yollanaq. Başa düşürük, qarşımızdakı rəqib təcrübəlidir. Xüsusilə də, 3-4 ildir avrokuboklarda çıxış edirlər. Bilirik ki, azarkeşlərin, futbolçuların, rəhbərliklərin kökləndikləri yarışlardan biri də avrokuboklardır. Bizim üçün də çox vacib oyun olacaq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Toplanış qısa oldu, seleksiyanı tamamlaya bilmədik. Buna baxmayaraq, komandamız təcrübəlidir, xarakterli kollektivimiz var. Sabah sadaladığım keyfiyyətlərə çox ehtiyacımız olacaq. İnamlı oynamaq istəyirik. Qarşımızda təcrübəli və çox yaxşı komanda var.
- Kleyton sıradan çıxıb. Onun durumu nə yerdədir? Son illərdə "Zirə"də zədə kabusu var. Bu, futbolun ayrılmaz hissəsidir?
- Təbii ki, belədir. Digər komandalarda da, dünya futbolunda da bu hadisələri görürük. Sadəcə bizdə zədələr tez-tez və uzunmüddətli olur. Qismətimiz belədir. Çalışırıq ki, buna adaptasiya olaq. Çox çətindir. Hansısa həmlə etməyə vaxtımız çox az olur. Maykonu böyük ümidlərlə transfer etmişdik. Onunla söhbət etmişdim ki, bütün oyunlarda qapıda durmaq olmayacaq, bizdə Aydın kimi təcrübəli qapıçı var. Hər ikisinin şans alacağını bildirmişdim. Maykonun zədələnməsi bizi üzür. Amma Aydın kimi qapıçımız var.
- Komandada gürcü oyunçular var. Onlarla "Torpedo" haqda danışmısız? Həmyerlilərinə qarşı oynamaq motivasiyadır?
- Demək olar ki, ciddi məsələləri müzakirə etməmişik. Şəhər, stadion, azarkeşlər barədə müzakirələr etmişik. "Torpedo"nun oyununda köməkçi məşqçilərimiz iştirak ediblər. Rəqibi tanıyırıq. "Omoniya" ilə də qarşılaşmışdılar. Bu il də bir çox oyunlarını izləmişik. Onların çempionatı davam edir. Volkov və Papunaşvilinin əlavə məlumat verməyinə ehtiyac yoxdur. Bunu qeyri-etik hesab edirəm. Onlar da gürcüdürlər, vətənləridir. Onları xüssi motivasiya etmirəm. Özüm onları adi oyuna olduğu kimi hazırlayıram.
- Demək olar ki, ilk dəfədir avrokuboklara bu cür çətin periodla hazırlaşdınız?
- Altıncı ildir "Zirə"dəyəm. Dördüncü dəfə avrokuboklarda oynayacağıq. Ən çətin period oldu. Finalda məğlub olduqdan sonra, sona iki tur qalanda avrokuboklara getmədiyimiz bəlli olanda, rəhbərliklə görüşümüz oldu. Komandada dəyişikliklər etmək, uzunmüddətli plan cızmaq istəyirdik. Bir çox oyunçu ilə yollarımızı ayırdıq. Avrokuboklarda iştirakımız bilinəndən sonra məcbur olduq ki, olduğumuz nöqtədən davam edək. Rəhbərliklə görüşümüz oldu ki, tələsik seleksiya etməyək. Bundan sonra 5-6 transfer edəcəyik. Sabahkı oyuna qədər 1-2 oyunçu gətirə bilərdik. Hazırlığımızın bir ayı tamamlanmır. Bu məqamları futbolçularla danışmışıq. Rəqibin çempionatda reqlamenti fərqlidir. 16 günlük fasiləyə gediblər. Onlar superkubok oynayırlar. İdeal hazırlıq periodu keçiblər.
- Sabahkı matçda futbolçuların oyuna yanaşmasında problem olacaq?
- Futbolçular avrokuboklara düşmədiyimiz üçün məyus idilər. Avrokuboklarda iştirak etməkləri onlar üçün motivasiya olmalıdır. Düşünmürəm ki, hansısa neqativ hisslər olsun. Hər şey zamanında olanda daha gözəl olur. Elə futbolçular var ki, toplanışa artıq çəki ilə gəlmişdilər. Bilirəm ki, beyinlərində avrokuboları düşünməmişdilər.
- Yeqor Boqomolski sizə faydalı ola bilər?
- Əsas heyətlə bağlı nəsə deyə bilməyəcəm. Amma Rusiyadan yaxşı qayıdıb. Rusiya I Liqası fiziki cəhətdən qüvvətli çempionatdır. Ona faydası olduğu görünür. Rəsmi matçlarda necə görünəcək, sabah biləcəyik. Bugünkü forması əsas heyətdə oynamağa imkan verir.
- Dünya çempionatında su fasilələri verilir. Bu haqda fikriniz necədir?
- Məncə, faydası olar. Oyunların intensiviliyini nəzərə alsaq, arada 2 dəqiqəlik fasilənin müyyən səviyyədə faydası ola bilər. Şəxsən mənə xoşdur. Futbolçuları düşünərək atılan addımdır. Olsa, yaxşı olardı. Onsuz da yayda bu fasilələr var idi. Dünya çempionatında daha uzundur. Davamlı şəkildə olub-olmayacağını növbəti günlərdə biləcəyik

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sport24.az
archiveBu xəbər 07 İyul 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri