Rəsədxana: Geomaqnit qasırğası gözlənilmir AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 13 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin fəallığı nisbətən zəifləyəcək. Hazırda Günəş küləyinin sürəti normaldır.
Yanvarın 13-19-da C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 40 faiz, X (R3) sinif alışmanın başvermə ehtimalı isə 10 faiz təşkil edir.
Günəş küləyinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yanvarın 14-15-də yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin sakit və qeyri-stabil səviyyələrdə olacağı proqnozlaşdırılır, geomaqnit qasırğası gözlənilmir.

Növbəti günlərdə zəif geomaqnit qasırğası gözlənilir Rəsədxana
03 Mart 2025 22:21
Rəsədxana: Geomaqnit sahəsinin qeyrisabit olacağı proqnozlaşdırılır AZƏRTAC
25 Noyabr 2024 16:43
Rəsədxana: Geomaqnit sahəsinin aktiv olacağı gözlənilir AZƏRTAC
09 Dekabr 2024 16:30
Rəsədxana: Geomaqnit sahəsinin qeyrisabit səviyyələrdə olacağı proqnozlaşdırılır AZƏRTAC
03 Dekabr 2024 11:44
Rəsədxana: Geomaqnit sahəsinin qeyrisabit olacağı proqnozlaşdırılır
25 Noyabr 2024 16:45

