Rəsədxana: Geomaqnit sahəsinin aktiv olacağı gözlənilir
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin səthində 103 ləkə müşahidə olunur.
Günəş küləyinin maksimal sürəti saniyədə 542 kilometrədək artıb.
Dekabrın 9-dan 15-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.
Günəş küləyinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-dan 11-dək sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-11-də aktiv olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 09 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















