Icma.az
close
up
RU
Rəsədxana: Geomaqnit sahəsinin sakit və aktiv səviyyələrdə olacağı gözlənilir AZƏRTAC

Rəsədxana: Geomaqnit sahəsinin sakit və aktiv səviyyələrdə olacağı gözlənilir AZƏRTAC

Bakı, 18 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin fəallığı azalıb. Son həftə ərzində geomaqnit qasırğası baş verməyib.

Noyabrın 18-24-də C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selinin isə 20 noyabrda yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin tac kütlə atılmaları, həmçinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.

seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri