Icma.az
close
up
RU
Rəsədxanada kompüter simulyasiyasının astrofizikada tətbiqinə dair məruzə dinlənilib

Rəsədxanada kompüter simulyasiyasının astrofizikada tətbiqinə dair məruzə dinlənilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Rəsədxananın Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin kiçik elmi işçisi Nurlan Şərəfxanov "Kompüter simulyasiyasının astrofizikada tətbiqi" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi astrofizikada kompüter simulyasiyaları, laboratoriyada müşahidəsi və təkrarlanması mümkün olmayan mürəkkəb kosmik hadisələri araşdırmaq üçün mühüm vasitə olduğunu bildirib.

O qeyd edib ki, bu texnologiya tədqiqatçılara qalaktikaların formalaşması və təkamülünü, qara dəliklərin birləşməsini, ifratyeni partlayışlarını və hətta kainatın genişmiqyaslı strukturunu daha dərindən anlamağa imkan verir. Məsələn, Illustris, EAGLE və FIRE kimi simulyasiyalar milyardlarla il ərzində qalaktikaların qaranlıq maddə, cazibə qüvvəsi və qaz dinamikasının təsiri altında necə formalaşdığını modelləşdirir. Eynşteyn tənliklərindən istifadə edən ümumi nisbilik əsaslı simulyasiyalar qara dəliklərin necə qarşılıqlı əlaqədə olduğunu, birləşdiyini və cazibə dalğaları yaratdığını vizuallaşdırmağa kömək edir. Eyni zamanda, kosmik strukturun formalaşmasını araşdıran genişmiqyaslı simulyasiyalar qaranlıq və barion maddənin qarşılıqlı təsirini göstərərək, kainatdakı böyük miqyaslı şəbəkənin necə inkişaf etdiyini açıqlayır. Bundan əlavə, planetlərin protoplanetar disklərdən necə əmələ gəldiyini və ekzoplanet atmosferlərinin təkamülünü öyrənmək üçün simulyasiya metodlarından geniş istifadə edilir. Beləliklə, kompüter simulyasiyaları astrofizikada nəzəri və müşahidə məlumatlarını əlaqələndirən mühüm bir alət olaraq kainatın müxtəlif miqyaslı proseslərini anlamaqda əvəzsiz rol oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri