Icma.az
close
up
RU
Reserve Baku yenə ölkədən vəsait çıxadığına görə cərimələndi Qərar açıqlandı

Reserve Baku yenə ölkədən vəsait çıxadığına görə cərimələndi Qərar açıqlandı

Nərimanov Rayon Məhkəməsində "Reserve Baku" MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. MMC bir neçə dəfədir ki, bu maddə ilə cərimələnir.

Qeyd: 2017-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 5 AZN olan şirkətin qanuni təmsilçisi Salman Naser Hussein Mgotirdir.

Xəyal Quliyev

seeBaxış sayı:21
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri