Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.
Belə ki, küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, görülən işlər çərçivəsində ərazidə taksilərin dayanması üçün şərait saxlanılır. Belə ki, taksi nəqliyyat vasitələri mikromobillik zolağına yanaşı onlar üçün ayrılan yerdə dayana bilərlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 May 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















