Icma.az
close
up
RU
Rəşid Behbudov Atatürkün mavzoleyində

Rəşid Behbudov Atatürkün mavzoleyində

Azpost saytına istinadən Icma.az xəbər verir.

Rəşidə Rəşid atası Azərbaycan musiqisinin korifey sənətkarı Rəşid Behbudov ilə bağlı maraqlı bir foto paylaşıb.

AzPost  bildirir ki, 1962-ci ildə çəkilmiş fotoda Rəşid Behbudovun Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün anıt mavzoleyini ziyarəti əks olunub.

60-cı illərdə – “Xruşşov ilıqlaşması” illəri SSRİ-nin incəsənət ustalarının xarici ölkələrə məhdud səfərləri ilə də yadda qalıb. Bu sırada Azərbaycan da olub. Rəşid Behbudov bu illərdə iki dəfə Türkiyə Cumhuriyyətində səfər edərək konsert verib.

Araşdırmaçı Dilqəm Əhmədin yazdığına görə, Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin çap etdikləri “Mücahid” jurnalının 1961-ci il 35-36-cı qoşasayında “Azərbaycanlı sənətçilər Türkiyədə” başlıqlı məqalə dərc olunub. Məqalə həmin il Türkiyədə konsert verən Rəşid Behbudovun qastrol səfəri ilə bağlıdır. Yazıdan məlum olur ki, Rəşid Behbudov və heyəti 5 mart 1961-ci ildə Ankaraya gəlir, bir gün dincəldikdən sonra 7 martda “Renkli Sinema”da, 9 martda “Büyük Sinema”da konsert verir, ardınca İstanbula yola düşürlər. Martın 13 və 15-də İstanbulda “Atlas Sinema”da iki konsert verirlər.

Konsertlər böyük anşlaqla keçir.

Onu  pianoçu Çingiz Sadıxovun müşayət etdiyi qeyd olunub.

Rəşid Behbudov konsertinə özünün bəstələdiyi “Bakı-İstanbul-Ankara” mahnısı ilə başlayıb, “Bakıdan Ankara və İstanbula ürək dolusu salam gətirdiyini” deyib. Səhnəyə çıxdığı zaman tamaşaçıların dayanmadan alqışlaması nəticəsində mahnını ifa etməkdə çətinlik çəkib.

R.Behbudov bu konsertlərində “Küçələrə su səpmişəm”, “Qalasan yana-yana”, “Qalalı”, “Ağacda leylək”, “Dedim bir busə ver”, “Aman ovçu” kimi Azərbaycan mahnıları ilə yanaşı, “İncecikten bir kar yağar”, “Gülizar”, “Helvacı”, “Solgun durma, isteklen” kimi Anadolu türkülərini də oxuyub. Bəstəkar mahnılarından isə Səid Rüstəmovun “Sürəyya”, Tofiq Quliyevin “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Sənə də qalmaz”, Rauf Hacıyevin “Sevgilim”, Cahangir Cahangirovun “Aylı gecələr”, “Füzuli kantatası”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgərin ariyası”nı oxuyub.

R.Behbudov Türkiyədəki bu konsertlərini “Azərbaycan mahnısının zəfəri” adlandırıb.

Təqdim olunan foto həmin səfər zamanı çəkilib.

Azpost.info  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Yanvar 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri