Rəsmi Ankara Türkiyədə ABŞ hərbi bazasının vurulması iddialarına münasibət bildirib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Prezident Administrasiyası sosial mediada “Türkiyədə yerləşən Amerika hərbi bazasının vurulduğu” iddialarına münasibət bildirib.
APA-nın xəbərinə görə, Türkiyə PA-nın Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında qeyd olunub ki, Türkiyədə heç bir ölkəyə məxsus hərbi baza yoxdur.
“Türkiyə Respublikasının hava, quru və dəniz əraziləri, eləcə də hərbi obyektləri tam suverenlik və nəzarət altındadır. Ölkəmizə qarşı hər hansı hücum qeydə alınmayıb. Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq dezinformasiya xarakteri daşıyır.
Türkiyənin müdafiə və təhlükəsizlik qurumları prosesləri izləyir və nəzarətdə saxlayır. İctimaiyyətə yalan məlumatlara etibar etməmək və yalnız rəsmi açıqlamalara istinad etmək tövsiyə olunur”, – Türkiyə PA-dan bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 02 Mart 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















