Türkiyədə NATO bazasının vurulması təkzib edildi
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyədə "Amerika hərbi bazasının vurulduğu" barədə iddialar həqiqətə uyğun deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Dezniformasiya Mücadilə Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, Türkiyədə hər hansı bir ölkəyə məxsus hərbi baza mövcud deyil.
"Türkiyə Cümhuriyyətinin hava, quru və dəniz məkanı, eləcə də hərbi obyektləri tam şəkildə öz suverenliyi və nəzarəti altındadır. Ölkəyə qarşı hər hansı hücum faktı yoxdur. Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq dezinformasiya cəhdidir. Türkiyənin müdafiə və təhlükəsizlik sistemi bütün strukturları ilə birlikdə fəaliyyətini davam etdirir və proseslər aidiyyəti qurumlar tərəfindən operativ şəkildə izlənilir. İctimaiyyətin əsassız iddialara etibar etməməsi, yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməsi vacibdir", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Türkiyədə yerləşən NATO hərbi bazasının vurulması iddia edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Mart 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















