Icma.az
close
up
RU
“Rəsmi Bakı elə qərarlar qəbul edə bilər ki, bu, Moskva üçün də gözlənilməz olar” Ekspert

“Rəsmi Bakı elə qərarlar qəbul edə bilər ki, bu, Moskva üçün də gözlənilməz olar” Ekspert

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiyanın Ukraynada SOCAR-ın obyektlərinə davamlı olaraq zərbələr endirməsini birmənalı şəkildə düşməncəsinə hərəkət kimi dəyərləndirmək olar. Bu, Rusiya ilə Azərbaycan arasında son illərdə formalaşmış münasibətlərin ruhuna və iki ölkə arasında 2022-ci ildə imzalanmaış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə tamamilə ziddir”.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli Rusiyanın Odessa vilayətində Azərbaycanın enerji obyektlərinə növbəti hücumu barədə danışarkən deyib.

Ekspert əlavə edib ki, bu zərbələr davamlı xarakter alıb: “Həm zərbələr endirirlər, eyni zamanda, Azərbaycanın neft və qazı çirkləndirilib, böyük ehtimalla və ciddi şübhələr var ki, bunu Rusiyanın xüsusi xidmət orqanları edib. Düşünürəm ki, bütün bunlar bir zəncirin ayrı-ayrı həlqələridir”.

M.Məmmədli söyləyib ki, buna paralel olaraq son zamanlar Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər artıb: “Bütün bunlar niyə edilir? Hər halda hesab edirəm ki, əsas məqsəd ölkəmizə təzyiq göstərmək, Azərbaycanı müstəqil xarici siyasətdən imtinaya vadar etməkdir. Düşünmürəm ki, Rusiyanın bu təzyiqləri bir nəticə versin. Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, müstəqil xarici siyasət həyata keçirir. Dünyada kifayət qədər güclü tərəfdaşları, müttəfiqləri var, belə bir dövlətlə təzyiq, təhdid dilində danışmaq Rusiya üçün heç bir nəticə verməyəcək. Rusiyada bunu nə qədər tez anlasalar, bir o qədər həm də öz xeyirlərinə olar”.

M.Məmmədli əlavə edib ki, Azərbaycan Rusiyanın bu addımlarına qarşı əks cavablar vermək iqtidarındadır: “Fikrimcə, əgər Rusiya ölkəmizə qarşı düşməncəsinə fəaliyyətini, təzyiq siyasətini davam etdirsə, Azərbaycan da adekvat olaraq müəyyən addımlar ata bilər. İlk növbədə düşünürəm ki, rəsmi Bakı tərəfindən həm siyasi sahədə, həm də digər sahələrdə əlaqələrin səviyyəsi xeyli aşağı salına bilər.  Moskvada nəzərə almalıdırlar ki, bu cür addımlar rəsmi Bakını elə qərarlar qəbul etməyə vadar edə bilər ki, bu, Rusiya üçün də gözlənilməz ola bilər. Yəni daha dəqiq desək, Moskva üçün vacib olan məsələlərlə bağlı rəsmi Bakı Rusiyanın gözləmədiyi addımları ata bilər. Ona görə də Rusiya hakimiyyəti vəziyyətin həssaslığını nəzərə almalıdır və ölkəmizə qarşı təzyiq siyasətindən imtina etməlidir. Azərbaycan heç bir dövlətlə, o cümlədən də Rusiya ilə problemlər axtarmır, münasibətləri gərginləşdirmək niyyəti yoxdur. Bunu dəfələrlə ölkə rəsmiləri, cənab Prezident qeyd edib. Sadəcə olaraq biz bərabərhüquqlu tərəfdaş kimi Rusiyadan özümüzə hörmət gözləyirik”.

Qeyd edək ki, Rusiya silahlı qüvvələri avqust ayı ərzində iki dəfə Odessa bölgəsindəki SOCAR-ın enerji obyeklərinə hücum həyata keçirib. Nəticədə obyektlərə ciddi ziyan dəyib. Ötən ay isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Avqust 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri