Icma.az
close
up
RU
Ekspert: Göllərin təmizlənməsi Bakı üçün strateji addımdır

Ekspert: Göllərin təmizlənməsi Bakı üçün strateji addımdır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə Bakıda göllərin təmizlənməsi istiqamətində görülən işlər həm ekoloji, həm də şəhərsalma baxımından mühüm dönüş nöqtəsidir. Böyükşor gölü, Qanlı göl, Bülbülə gölü və Xocasən gölü ətrafında aparılan layihələr bunun bariz nümunəsidir.

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a bildirib ki, bu cür layihələr şəhər sakinlərinə yaşadıqları ərazilərə yaxın rekreasiya məkanları yaradır, mərkəzə axının qarşısını qismən alır və çoxmərkəzli şəhər modelinə keçidi sürətləndirir:

"Bakı təkcə neftlə zəngin paytaxt kimi deyil, eyni zamanda 200-dən artıq müxtəlif ölçülü gölə sahib unikal şəhər kimi də tanınır. Uzun illər ərzində neft tullantıları və çirkab sularla ciddi şəkildə çirklənmiş Abşeron göllərinin bərpası artıq dövlət səviyyəsində prioritet istiqamətə çevrilib. Bu kontekstdə Böyükşor gölü xüsusi əhəmiyyət daşıyır.Tarixən Böyükşor gölü duz mənbəyi kimi istifadə olunub – 1931–1944-cü illərdə buradan 30 min ton duz çıxarılıb. Lakin 1956-cı ildən sonra gölün neft tullantıları ilə çirklənməsi səbəbilə fəaliyyət dayandırılıb. Yalnız 2014-cü ildən etibarən gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində sistemli tədbirlərə başlanılıb. Layihə mərhələli şəkildə həyata keçirilir və artıq ilk mərhələ uğurla başa çatıb. Bu mərhələdə təxminən 300 hektar ərazi təmizlənib, gölün dibindən 2.8 milyon kubmetr neft tullantısı çıxarılaraq xüsusi izolyasiya olunmuş sahələrdə yerləşdirilib. Nəticədə dib çirklənməsi 1000 dəfədən çox azaldılıb, suyun keyfiyyəti isə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Gölün şərq hissəsi və sahil zonası artıq beynəlxalq ekoloji standartlara cavab verir".

R. Ağamirzəyev qeyd edib ki, növbəti mərhələlərdə isə Xocasən gölü, Qu gölü, Qırmızı göl və Lokbatan gölü kimi bir-biri ilə əlaqəli göllərin paralel şəkildə təmizlənməsi planlaşdırılıb:

" Bu yanaşma ekosistemlərin kompleks bərpasına imkan yaradır. Dünya Bankı ekspertlərinin fikrincə, göllərin təmizlənməsi Böyük Bakı ərazisində həyat keyfiyyətinin yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və şəhər mühitinin daha dayanıqlı inkişafına gətirib çıxaracaq. Eyni zamanda, bu ərazilərin düzgün planlaşdırılması onları şəhərin ayrılmaz və cəlbedici hissəsinə çevirə bilər.Gələcəyə baxdıqda isə daha innovativ yanaşmalar mümkündür: yağış sularının bu göllərdə toplanaraq yaşıllıqların suvarılmasında istifadəsi içməli suya olan tələbatı azalda bilər. Bu isə həm resursların səmərəli idarə olunması, həm də iqlim dəyişikliklərinə adaptasiya baxımından mühüm addımdır. Nəticə olaraq, Abşeron göllərinin bərpası təkcə ekoloji layihə deyil – bu, Bakının daha yaşıl, balanslı və çoxmərkəzli şəhərə çevrilməsi üçün strateji platformadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Aprel 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri