Icma.az
close
up
RU
Rəsmi Bakı: Səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir

Rəsmi Bakı: Səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinə cavab verib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “İctimai radiosuna” müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara cavab verib.

“Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin növbəti dəfə ərazilərimizin işğalına və separatçılığa son qoyan Azərbaycanın legitim tədbirlərini sual altına alması, Azərbaycanı Ermənistanın ərazilərini işğalda təqsirləndirməsi, Ermənistanın hərbiləşməsini təşviq etməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar verməsi, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar sərgiləməsi ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir. Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edir”, - XİN rəsmisi vurğulayıb.

Ayxan Hacızadə qeyd edib ki, səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin qarşısının alınması istiqamətində Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən tədbir görülməməsi, ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir: “Xüsusilə qeyd edək ki, sülh müqaviləsinin Almatı bəyannaməsinin prinsiplərinə söykənməsi zərurətinə istinad edən Fransa səfirinin Ermənistanın bu bəyannaməyə irəli sürdüyü qeyd-şərtində Azərbaycan ərazilərinə qarşı hələ də davam edən iddialarını, Azərbaycan ərazilərini işğal etdiyini unutdurmağa çalışması qəbuledilməzdir. Bununla yanaşı, 33 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılmış Qazaxın dörd kəndinin qaytarılmasına Azərbaycan tərəfindən qarşılıq verilməsinin vacib olduğu barədə səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir. Fransa tərəfi əgər sülh və sabitlikdə maraqlıdırsa, bu kimi absurd yanaşmalara və açıqlamalara son qoymalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri