Icma.az
close
up
RU
Rəsmi Bakı Suriyada sülhün açarı ola bilərmi? STRATEJİ ANALİZ

Rəsmi Bakı Suriyada sülhün açarı ola bilərmi? STRATEJİ ANALİZ

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Suriyanın ərazi bütövlüyünü dəstəkləyən və yeni hökumətə ən yaxın ölkə hesab olunan Türkiyənin məzhəb ayrılığını həll etməsi asan deyil, əksinə Əhməd əl-Şaraa hakimiyyətini və Ankaranın dəstəyini “məzhəb mübarizəsi” kimi təqdim edən İran (və digər maraqlı tərəflər) bundan qarşıdurmanı körükləmək üçün istifadə edir. Ankara bu prosesdə Bakı amilindən istifadə edə bilər".
Turkustan.az xəbər verir ki, bunu siyasi şərçi Asif Nərimanlı bildirib.
A.Nərimalı qeyd edib ki, Azərbaycanın mövcud vəziyyətdə nəzəri baxımdan olsa da, belə imkanları var.
Sözügedən yazını təqdim edirik:
"Əsədin devrilməsindən sonra Suriyada qüvvələr balansının pozulması, xüsusilə Tehranın məzhəbə əsaslanan gücünün zəifləməsi və son baş verənlərdə məzhəb/təriqət faktorunun ön plana çıxması/çıxarılması bizim üçün bir məsələni aktuallaşdırdı: Azərbaycan İranın boşalan yerini doldura bilərmi?
Azlıq olan nuseyrililərin hakimiyyətinə son qoyulmasından sonra Suriyada şiə məzhəbinə inananların/yaxın olanların inanc üzərindən narazılıq edəcəyi gözlənilən idi, xüsusilə İran başda olmaqla Türkiyənin güclənməsini qəbul etməyən qüvvələrin bu amildən yararlanmağa çalışması fonunda. Məsələ Suriyada yeni hökumətin azlıqlara qarşı təzyiqindən yox, bu ölkənin mürəkkəb etnik-dini-məzhəb müxtəlifliyindən qaynaqlanır və münasibətlər sisteminin həssaslığı, xüsusilə 13 illik müharibənin ağır izlərindən sonra, ortaq mövqelərin tapılmasını çətinləşdirdiyi kimi, kənar müdaxilə imkanlarını da kifayət qədər asanlaşdırır. Və müxtəlif qruplar seçimlərində etnik-dini-məzhəb yaxınlığına üstünlük verirlər.
Suriyanın ərazi bütövlüyünü dəstəkləyən və yeni hökumətə ən yaxın ölkə hesab olunan Türkiyənin məzhəb ayrılığını həll etməsi asan deyil, əksinə Əhməd əl-Şaraa hakimiyyətini və Ankaranın dəstəyini “məzhəb mübarizəsi” kimi təqdim edən İran (və digər maraqlı tərəflər) bundan qarşıdurmanı körükləmək üçün istifadə edir. Ankara bu prosesdə Bakı amilindən istifadə edə bilər. Azərbaycanın mövcud vəziyyətdə nəzəri baxımdan olsa da, belə imkanları var.
1. İslamın şiə məzhəbinin çoxluq təşkil etdiyi ölkədir: bu, Suriyadakı məzhəb azlığı ilə inanc yaxınlığı yaradır;
2. Vaxtilə Gürcüstan və Şimali Qafqaz coğrafiyasının dini idarəetməsində iştirak təcrübəsinə malikdir;
2. Azərbaycan Suriya da daxil olmaqla Yaxın Şərq coğrafiyasında qızılbaş irsinin gerçək sahibi kimi əhəmiyyətli rol oynaya bilər;
Çaldıranda ayrılığa səbəb olan amil bu gün Suriyada birliyi/bütövlüyü təmin edən faktora çevrilə bilər. Türkiyə və Azərbaycan bu haqda düşünməlidir.
Azərbaycanın praktiki müstəvidə İranın təsir zonalarına müdaxilə imkanları mübahisəlidir, lakin bunu ilk növbədə şiə türkmanları üzərindən başlamaq mümkün görünür. Suriyada 3 milyondan çox olan türkmanlar arasında az bir qismi şiə məzhəbinə məxsusdur və onlar zamanında Əsəd tərəfindən mübarizə aparıblar, bu məsələdə İranın təsir imkanları da müəyyən rol oynayıb. Lakin türkman icmasında bütün türklərdə olduğu kimi, dini kimliklə yanaşı, milli kimlik də həlledici faktordur. İran şiə türkmanları təsir dairəsinə salmaq üçün məhz bu amil üzərindən də müəyyən iş aparıb. Qasım Süleymaninin “azərbaycanlı general” kimi təqdim edilməsi bu kontekstdə İranın strateji gedişi idi.
Süleymaninin “azərbaycanlı” olması iddiası üzərindən kampaniya 2017-ci ildən etibarən xüsusilə aktiv şəkildə aparılırdı. Bu, iki hədəfə hesablanmışdı.
Birincisi, Süleymanini Azərbaycanda “milli kimlik” üzərindən məşhurlaşdırmaq və qəbul etdirmək (bu təbliğatın müəyyən nəticələri oldu da): Qasım Süleymaninin xeyir-duası ilə yaradılan “Hüseyniyyun” qruplaşması İranın “müqavimət oxu” planının Azərbaycan hissəsini təşkil edirdi və plana görə, “Hizbullah”, eləcə də Suriya və İraqdakı dəstələrin prototipi bizim ölkəmizdə də formalaşdırılmalı idi; Süleymani haqqında “azərbaycanlı general” təbliğatı da ictimai rəydə onun və yaratdığı qruplaşmanın “xilaskar” kimi qəbul edilməsinə hesablanmışdı;
İkincisi, Suriyada şiə məzhəbinə yaxın türkmanların “azərbaycanlı” olan Süleymanini və ideyalarını yaxına buraxması, özlərindən biri kimi qəbul etmələri idi: İran bu hədəfində də müəyyən nəticələr əldə edib;
İndi situasiya dəyişib, şiə məzhəbinə inananlar/yaxın olanlar inanclarına görə mühakimə edilmək narahatlığı ilə seçim edir, eləcə də İran (və digər maraqlı qüvvələr) onların inancından öz planlarında yararlanmağa çalışır. Suriyada Türkiyə ilə birlikdə hərəkət edən Azərbaycan bu boşluğu doldurmaq imkanları haqda düşünməlidir. Bu, həm Suriyanın gələcəyi, həm Türkiyənin maraqları, həm də Azərbaycanın Yaxın Şərqəki mövqeləri baxımından əhəmiyyətlidir. Suriyada nəticə əldə etmək, İranın “müqavimət oxu” coğrafiyasında da yeni çağırışları ortaya çıxara bilər". /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Mart 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri