Rəsmi Bakının Ermənistan qarşısında daha iki şərti var NAZİR AÇIQLADI
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir”.
Turkustan.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
O qeyd edib ki, tərəflər arasında birbaşa təmaslar olub:
"Etimad quruculuğu istiqamətində vətəndaş cəmiyyəti nümayəndələri arasında hər iki ölkədə görüş keçirilib. Noyabrda Qəbələ şəhərində Azərbaycan və Ermənistan tərəfləri arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş keçirilib. Buna qədər yanvar və fevralda bu kontekstdə onlayn formatda görüşlər keçirilib. Həmçinin, Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılmasına icazə verilib. Ancaq yekun sülh sazişi üçün qeyd etdiyimiz tələblərin icrası vacibdir".
Nazir vurğulayıb ki, cari ildə regionda dayanıqlı sülhün bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında prosesin normallaşması mühüm irəliləyişdir.
Onun sözlərinə görə, Vaşinqton sammiti bu prosesə mühüm töhfə verib. /yenisabah.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 26 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















