Icma.az
close
up
RU
Rəsmi Bakının son tələbi masaya qoyuldu: Yeni şərtlər belədir

Rəsmi Bakının son tələbi masaya qoyuldu: Yeni şərtlər belədir

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla bağlı daha sərt mesajlar səsləndirdi. Rəsmi Bakının açıq tələbləri bir daha önə çəkildi. Verilən mesajların effektivliyini necə dəyərləndirmək olar?

- Post-konflikt və sülh prosesi müəyyən mərhələlər keçməlidir. Artıq birinci mərhələ baş çatdı. Azərbaycana qarşı işğalın hərbi nəticələri aradan qaldırılıb. Amma həllini tapmalı olan məsələlər var. İşğalçı siyasətin siyasi hissəsi Ermənistanın “ideologiyasından” götürülməlidir. Üçüncü Ermənistan Respublikasının (Ermənilər indi öz ölkələrini belə adlandırır) əsas dövlətçilik “ideologiyasının” məzmununda Azərbaycana və qismən də Türkiyəyə qarşı ərazi iddialarını rəsmi olaraq əsas siyasətlərinin hədəfi kimi qoymuşdular. Ona görə də bu mənfur ideologiyanı addım-addım dağıtmaq lazımdır. İkinci Qarabağ müharibəsindən sonrakı müddətdə, yəni son ik ildə Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin detalları müzakirə olunurdu. Amma bu sənədə imza atılmaması onun rolunun heç də müsbət olmaması ilə izah edilmir. Çünki bu danışıqlar, təmaslar nəticəsində ermənilərə və digər beynəlxalq oyunçulara Azərbaycanın prinsipləri bəyan edilib.

- Sizcə, Azərbaycanın post-konflikt dövrü ilə bağlı əsas hədəfi nədən ibarətdir?

- Mövcud reallıq indi tamam başqa müstəvidədir. Hətta Azərbaycanla Ermənistan arasında indi müzakirə edilən mövzular 4 il öncədən tamam fərqlidir. Azərbaycanın ədalətli mövqeyi addım-addım beynəlxalq gündəmdə Ermənistanın təbliğatını alt üst edir. Bunlardan ən əsası, Ermənistan konstitusiyasında mövcud olan ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlıdır. Eyni zamanda Zəngəzur dəhlizinın açılması, tarixi torpaqların yəni, Göyçə mahalının mövzusu gündəmin əsasını təşkil edir.

- İndi Bakı və İrəvan danışıqların hansı mərhələsindədir? Qarşıda hansı məqsədlər var?

- Ermənistanda Azərbaycana qarşı uzun on illiklər formalaşmış yanlış ideologiya onların gündəmindən çıxmasa məsələ bitməyəcək. Bu halda münaqişə başa çatmış hesab edilmir. Məhz belə reallıqda isə davamlı sülh mümkün olmayacaq.

- Azərbaycanın tələblərindən biri də rəsmi İrəvanın Qərbi Azərbaycan İcması ilə danışıqlara başlaması ilə bağlıdır. Ermənistan bu istiqamətdə hansı addımlar atmalıdır?

- Söhbət insan hüquqlarından gedirsə, Ermənistan buna əməl etməlidir. Azərbaycan uzun müddət ikili standartlarla üzləşib. Keçmiş münaqişə nəticəsində Azərbaycan ictimaiyyəti böyük zərər çəkib. Amma indiyə kimi müzakirə olunan mövzu Qarabağ ermənilərinin taleyi ilə bağlı idi. Qalan mövzulara diqqət ayrılmırdı. Sözsüz ki, bu heç də ədalətli yanaşma deyildi. İndi rəsmi Bakı Qərbi Azərbaycan mövzusunu gündəmə gətirib. Əgər kimsə insan hüquqları haqqında söhbət açmaq istəyirsə, bu, paralel şəkildə ola bilər. Qərbi azərbaycanlıların Ermənistana qayıdışı və hüquqları ilə bağlı müzakirələr aparılmalıdır. Bu, əslində, Ermənistana növbəti mesajdır ki, proseslərə birtərəfli yanaşmaq mümkün olmayacaq. İnsan hüquqları mövzusu sərhədlər tanımayan və millətindən asılı olmayaraq, hər kəsə şamil olunur. Beynəlxalq qanunların tələbi belədir. Ermənistan da gec-tez buna əməl etmək məcburiyyətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 14 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri