Icma.az
close
up
RU
Bakının parklanma problemi: “Şərtlər sadələşdirilməlidir”

Bakının parklanma problemi: “Şərtlər sadələşdirilməlidir”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bakıda tətbiq edilən parklanma qaydaları sürücülər arasında narazılıq yaradır.

Tətbiq edilən vaxt intervalları - səhər saat 07:00 və axşam 22:00 real vəziyyətə uyğun gəlmir. Sürücülər bildirirlər ki, avtomobili 07:00-da götürmək məcburiyyətindədirlər, amma iş yerləri 09:00-da açılır. 

Bu iki saat ərzində maşını saxlamaq üçün ödənişsiz bir yer tapa bilmirlər. Həmçinin əksər yerlərdə iş saat 18:00-da bitir. Yəni o güzəştin heç bir mənası olmur. 

Xüsusilə də xidmət müəssisələrinin qarşısında dayanacaq yerlərinin məhdudluğu şikayətlərin sayını artırır. Restoran və iaşə obyektlərinin qarşısında da oxşar vəziyyət yaşanır.

Müştəri restoran xidmətinə pul ödəyirsə, onun avtomobilini saxlamaq üçün yer də olmalıdır. Bundan əlavə, bazar günləri parkinq pulsuz hesab edilsə də, sürücü mütləq sistemdə qeydiyyatdan keçməlidir. Qeydiyyat olmadıqda isə cərimə yazılır. Bu da əlavə narazılığa səbəb olur.

Tətbiq edilən bu parklanma qaydalarının əsas məqsədi nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakıda parklanma ilə bağlı yaranan problemlərin əsas səbəbi obyekt sahiblərinin qanunvericiliklə onlara qoyulan öhdəliklərə əməl etməməsidir.

Onun sözlərinə görə, parklanma yerlərinin təşkili məsələsi daha ciddi nəzarətə götürülməlidir:

“Bu gün dövlət ona məxsus avtomobil yollarının kənarında parklanma xidmətini təşkil edir. Qalan bütün məsələlər isə artıq sahibkarların öz öhdəsindədir. Söhbət ondan gedir ki, şəhərsalma və tikinti qaydalarına əsasən, Bakıda inşa edilən, layihələndirilən bütün yaşayış və qeyri-yaşayış obyektlərinin, eləcə də biznes mərkəzlərinin mütləq şəkildə ayrıca parklanma yeri olmalıdır.

Məhz bu parklanma yeri təşkil olunmadığına görə, şəhərdə işləyən insanlar avtomobillərini saxlamağa yer tapmırlar. Nəticədə dövlətdən tələb edir ki, onun balansında olan parklanma yerində ona daha liberal və loyal şərait yaratsın.

Amma daha düzgün olmazmı ki, obyekt sahibləri, həm yaşayış, həm də qeyri-yaşayış bina sahibləri özləri parklanma yerlərini təşkil etsinlər? Onsuz da bu, onların birbaşa öhdəliyidir. Bunu etməlidirlər.

Belə çıxır ki, onlar bu tələblərə əməl etməməli, əvəzində isə vətəndaş əziyyət çəkməlidir. Düşünürəm ki, bu şərtlər sadələşdirilməlidir. Bakı və ətraf ərazilərdə bütün obyektlərdə parklanma yerlərinin təşkili ciddi nəzarətə götürülməlidir”.

Eldəniz Cəfərov əlavə edib ki, Bakıda parklanma probleminin olması normaldır:

“Bu problemlər məndə təəccüb doğurmur. Hətta bir neçə il əvvəl Nəsimi rayonu ərazisində orta məktəbə aparan avtomobil yolunun üzərində çoxmərtəbəli yaşayış binası inşa edildi.

Təbii ki, həmin binanın parklanma yeri yox idi və orada avtomobillərin dayanması üçün şərait yox idi. Heç indi də yoxdur. Belə olan halda parklanma problemlərinin yaranması məni təəccübləndirmir”.

Ekspert qeyd edib ki, parklanma şərtləri obyektiv olaraq vətəndaşın əleyhinə deyil:

“Parklanma şərtlərinə gəldikdə isə obyektiv desək, bu şərtlər vətəndaşın əleyhinə deyil. Birincisi, bazar günü parklanma pulsuzdur. Bu, artıq müsbət tərəfdir. İkincisi, parklanma ödənişləri zonalara bölünüb. Məsələn, mərkəzdən başalayaraq şəhər ətrafına getdikcə qiymət enir.

Mərkəzdə 1 manatdan başlayır, daha kənarda 70, 40, 30 qəpik təşkil edir və pulsuz yerlər də var. Bundan başqa, axşam saat 22:00-dan səhər 07:00-dək parklanma tamamilə pulsuzdur. Bunun nəyini pisdir ki? Şərtlər kifayət qədər əlverişlidir.

Yaşayış və qeyri-yaşayış obyektləri zəhmət çəkib özlərinə parklanma sahələri yaratmalıdırlar ki, həmin binalarda yaşayan və ya işləyən insanlar da avtomobillərini orada saxlasınlar”.

O bildirib ki, qeydiyyatdan keçmək isə vacibdir və mütləqdir:

“Hətta bu da sadələşdirilib. İstəsəniz SMS vasitəsilə, istəsəniz mobil tətbiq vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Mobil tətbiq o qədər sadədir ki... düzdü, funksionallığı artırılsa daha yaxşı olar. Amma bunlar sadə sistemlərdir.

Əgər bir şəxs avtomobil sürücüsüdürsə, parklanma mexanizmini də bilməlidir. Bu, su içmək qədər adi bir prosesdir. Avtomobili parklanma yerinə qoyanda da, oradan çıxaranda da qeydiyyat aparılmalıdır.

Qeydiyyat aparılmasa bu prosesin uçotu necə aparılsın? Dövlət parklanmanın ilk 15 dəqiqəsini pulsuz edib və bu da vətəndaş üçün əlavə üstünlükdür. Sadəcə bəzi sürücülər ümumiyyətlə parklanma qaydalarından xəbərsizdirlər. Yaxşı olar ki, bu barədə məlumatlı olsunlar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Açar sözlər: parklanma Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri