Rəsmi Moskva “Həyat Təhrir əşŞam”ın terrorçu təşkilatlar siyahısından çıxarılmasına münasibət bildirib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Rəsmi Moskva Suriyada Bəşər Əsəd hakimiyyətini devirən “Həyat Təhrir əş-Şam”ın terrorçu təşkilatlar siyahısından çıxarılmasının mümkünlüyünə münasibət bildirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb.
O bildirib ki, Rusiya “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü ilə bağlı konkret işlərin qiymətləndirilməsindən çıxış edəcək.
“Biz konkret hadisələrin, konkret halların qiymətləndirilməsindən çıxış edəcəyik. Təbii ki, qanunvericiliyimiz və beynəlxalq hüquq normaları əsasında...”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Baxış sayı:119
Bu xəbər 18 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















