ABŞ “Təhrir əşŞam”ı terrorçu siyahısından çıxarır
Icma.az, Axar.az saytına istinadən bildirir.
Vaşinqton “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasını terror təşkilatları siyahısından çıxarmaq imkanını nəzərdən keçirir.
Axar.az xəbər verir ki, bu barədə Amerika rəsmisi xüsusi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Suriyadakı siyasi transformasiyada müxtəlif suriyalı qrup və təşkilatlar iştirak edir və HTŞ bu prosesin mühüm tərkib hissəsidir:
“ABŞ qruplaşma ilə Amerikanın maraqlarına uyğun şəkildə əlaqə qurmağı planlaşdırır”.
O, hazırda HTŞ-nin terror təşkilatları siyahısında qalıb-qalmayacağı ilə bağlı şərh verməyib:
“Gələcəkdə bu məsələyə baxacağıq”.
Həmçinin bildirib ki, HTŞ-nin müəyyən bəyanatlarının icra edilib-edilməyəcəyini qiymətləndirmək vacib olacaq.
Qurum rəsmisi qeyd edib ki, bu, çoxşaxəli qrupdur, hazırkı vəziyyəti nəzərə alaraq və praqmatik olmaqla, ağıllı davranılmalıdır:
“Heyət Təhrir əl-Şam” düzgün bəyanatlar verir və hazırda düzgün hərəkət edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















