Icma.az
close
up
RU
Rəsmi sənəddə qeyri rəsmi ünvan: “Elmar marketin yaxınlığı...”

Rəsmi sənəddə qeyri rəsmi ünvan: “Elmar marketin yaxınlığı...”

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Vergilər” qəzetinə məxsus “vergiler.az” saytında yerləşdirilən şirkətin ləğv olunması ilə bağlı elanda maraqlı “ünvan” göstərilib.
Yeniavaz.com
xəbər verir ki, ötən gün saytda yerləşdirilən elanda “Ramil-92” kiçik müəssisəsinin (VÖEN – 2901298931) ləğv olunduğu və kreditorlardan iki ay ərzində tələblərini “AZ5000 Sumqayıt şəhəri, Niyazi küçəsi 1, Elmar marketin yaxınlığı” qeyri-yaşayış ünvanına bildirmələri istənilib.

Qeyd edək ki, şirkətlərin (hüquqi şəxs) ləğv olunması ilə bağlı elan rəsmi sənəd hesab olunur. Belə ki, hüquqi şəxsin ləğv edilməsi proseduru Mülki Məcəllənin və Vergi Məcəlləsinin müddəaları, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun və “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” ilə tənzimlənir. Qanunvericiliyin tələbinə görə, tələb olunan sənədlər arasında hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd də olmalıdır.
Onu da bildirək ki, “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanının 4.2-ci maddəsində açıq şəkildə yazılır ki, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidir.
Ekspertlər isə bildirirlər ki, rəsmi sənədlərdə yer alan ünvanlara “yaxınlığı”, “arxası”, “qarşısı” kimi qeyri-dəqiq təsvirlər əlavə etmək hüquqi qeyri-müəyyənlik yarada, kreditorların rəsmi yazışmalarını çətinləşdirə və nəticədə hüquqi mübahisələrə səbəb ola bilər.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri